Anbar üzrə xadimə - Birmarket

Location: Bakı şəhəri

Təsvir Anbarın daxili sahələrinin (döşəmələr, keçidlər və s.) gündəlik təmizlənməsi; Döşəmə yuyan-silən maşınlarından istifadə etməklə süpürmə, silmə və yuma işlərinin aparılması; Rəflərin alt hissələrinin, keçid yollarının və ümumi istifadə sahələrinin təmiz saxlanılması; Tullantıların toplanması və müəyyən edilmiş yerlərə daşınması; Tualet, sanitar qovşaqlar və məişət otaqlarının təmizlənməsi və dezinfeksiyası; Təmizlik zamanı təhlükəsizlik və sanitariya qaydalarına riayət edilməsi; Təmizlik ləvazimatlarının və inventarının düzgün istifadəsi və qorunması; İş zamanı anbar avadanlıqlarına və mallara zərər vurulmamasının təmin edilməsi; Rəhbərlik tərəfindən verilən digər təmizliklə bağlı tapşırıqların yerinə yetirilməsi. Tələblər Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır; Təmizlik arabaları və təmizlik inventarı ilə işləmək bacarığı (öyrədilə bilər); Fiziki cəhətdən işləmək qabiliyyəti; Təmizlik və gigiyenaya diqqət; Məsuliyyətlilik, səliqəlilik və intizamlılıq; Komandada işləmək bacarığı; Azərbaycan dili – əla (rus dili biliyi üstünlükdür). Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.