Biznesin inkişafı üzrə menecer - Birmarket

Location: Bakı şəhəri,

Təsvir Müvafiq kateqoriya üzrə satıcı portfeli ilə uzunmüddətli və güclü əməkdaşlıq münasibətləri qurmaq və qorumaq, satıcılar üçün əsas əlaqə nöqtəsi kimi çıxış etmək. Satıcı performansını təhlil edərək satışların artırılması, qiymət strategiyası və məhsul portfelinin yaxşılaşdırılması üzrə data əsaslı tövsiyələr vermək; zəif performans göstərən satıcıların aktivləşdirilməsi və yüksək nəticə göstərən hesabların miqyaslandırılması üçün GM ilə birlikdə strategiyalar hazırlamaq. Mövcud satıcı müqavilələrini mütəmadi olaraq nəzərdən keçirmək və yenidən danışıqlar aparmaq; qiymət, promo iştirakları və uzunmüddətli əməkdaşlıq şərtlərinin optimallaşdırılmasını təmin etmək. Satıcılarla birgə inkişaf imkanlarını və biznes planlarını formalaşdırmaq, promosyon kampaniyalarının planlanması və icrasında əməkdaşlıq etmək. Hesabların performansını daim izləmək, müntəzəm hesabatlar təqdim etmək və analitik yanaşma ilə strategiyaları optimallaşdıraraq nəticələri artırmaq. Tələblər Biznes, Marketinq və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi. Hesabların idarə edilməsi, biznesin inkişafı və ya satış sahəsində 4–6 il iş təcrübəsi. Danışıqların aparılması və müqavilələrin idarə edilməsi üzrə təcrübə. Güclü analitik düşünmə və hesabatlılıq bacarıqları. Yüksək səviyyədə maraqlı tərəflərlə (stakeholder) münasibətlərin idarə edilməsi bacarığı. Vakansiya haqqında Vakansiya növü Tam ştat Təcrübə 3-4 il Vəzifə dərəcəsi Orta səviyyəli Təhsil Bakalavr Maraqlanan namizədlər  Müraciət et  düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.