Yüklənir...
Location: Bakı
Boranı Restoranı Lənkəran filialı üzrə Restoran İnzibatçısı vakansiyası elan edir. Əsas vəzifə öhdəlikləri: Filialın gündəlik inzibati və təşkilati fəaliyyətinin koordinasiya olunması; Filialda daxili nizam-intizam qaydalarına riayət olunmasına nəzarət; İşçi heyətinin işə davamiyyəti, iş qrafiki və ümumi fəaliyyətinə nəzarət; Filialın gündəlik iş prosesinin düzgün və fasiləsiz təşkilinin təmin edilməsi; Şirkət rəhbərliyi tərəfindən verilən tapşırıqların icrasına nəzarət; Filial üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Filialın təsərrüfat, avadanlıq və digər inzibati ehtiyaclarının izlənilməsi; Aşkar olunan problemlərin operativ şəkildə müəyyənləşdirilməsi və aidiyyəti şəxslərə bildirilməsi; İşçilər arasında iş bölgüsünün və əməkdaşlığın düzgün təşkilinə dəstək göstərilməsi; Şirkətin daxili prosedur və standartlarının filialda tətbiqinə nəzarət. Namizədə tələblər: 25–40 yaş aralığında olmaq; İnzibati və ya idarəetmə sahəsində iş təcrübəsinin olması arzuolunandır; Təşkilatçılıq və idarəetmə bacarığı; Məsuliyyətli və operativ qərarvermə qabiliyyəti; Komanda ilə işləmək bacarığı; Səliqəli, intizamlı və ünsiyyətcil olmaq; Restoran və xidmət sahəsində iş təcrübəsi üstünlükdür. İş şəraiti Əmək haqqı:1300-1500 AZN İş yeri:Lənkəran şəhəri İş qrafiki: Həftədə 6 gün,bir gün istirahət Nahar və korporativ nömrə şirkət tərəfindən verilir. Muraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya 077 244 56 51 nömrəsinə CV-nizi “Lənkəran üzrə Restoran İnzibatçısı” başlığı ilə göndərə bilərsiniz.