Location: Bakı
AQA Şirkətlər Qrupu " Smeta və layihə mütəxəssisi " vakansiyasını elan edir: Vəzifə öhdəlikləri: Gündəlik daxil olan sifarişlərin təyinatı üzrə yoxlanılması; Hazırlanmış layihələr haqqında məlumatların toplanması və analiz edilməsi; Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərini etmək; Material sərfini və tikinti-quraşdırma, təmir və digər işlərinin həcminin yoxlanılmasını təmin etmək; Layihəyə dair aylıq texniki hesabatları tərtib etmək (xərc analizi) və hesabatlarla (material, texniki, aktlar) işləməyi bacarmaq; Smeta əsasında yazılan sifarişlərin toplamının smeta ilə üzləşdirilməsi; Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi; Söküntüyə nəzarət edilməsi, yararlı malların daşınması üçün aktın tərtib edilməsinə nəzarət edilməsi; Anbarların mütəmadi reviziyasının həyata keçirilməsi; Sifarişdən kənar alınan malların aşkar edilməsi; Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi. Tələblər Ali təhsil (İnşaat mühəndisi ixtisası üzrə); Kompüter bilikləri: MS Office proqramları, (AutoCAD və digər proqram bilikləri əlavə üstünlük hesab olunur); Dil bilikləri: Azərbaycan dili (digər dil bilikləri əlavə üstünlük hesab olunur); İş təcrübəsi: Müvafiq sahədə 1 ildən az olmayaraq iş stajı; Layihə smeta işlərinin hazırlanması üçün hüquqi-normativ sənədlərlə işləmək bacarığı; Qüvvədə olan müvafiq smeta hesablama qaydalarını, təmir, quraşdırma və tikinti işlərinin hesablama əmsallarını, müvafiq qanunvericilik aktları və normalarını bilmək; Bəy namizədlərə üstünlük verilir; Punktual və ünsiyyətcil olması; Analitik düşüncə bacarığı; Ünsiyyət və komandada işləmək bacarıqları; İşinə məsuliyyətli və dəqiq yanaşmalı; Təşkilatçılıq bacarıqlarına malik olmalı; Detallara diqqət yetirməyi bacarmalı. Əlavə məlumat: İş qrafiki: Bazar ertəsi-Cümə, istirahət günləri: Şənbə və bazar; İş saatı: 09:00-18:00; Əmək haqqı: 1200 AZN net Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.