Location: Bakı
Əsas vəzifələr Müştərilər tərəfindən ERP sistemində daxil olan müraciətləri qəbul etmək, analiz etmək və həll etmək; Müştərinin biznes tələblərini müəyyənləşdirmək və ERP sistemində uyğun həllər təklif etmək; ERP sisteminin `HR, maliyyə, anbar, satınalma, satış və digər modulları üzrə istifadəçilərə dəstək göstərmək; İstifadəçilər üçün təlimlər keçirmək və təlimat sənədləri hazırlamaq; ERP sistemində yaranan texniki və funksional problemlərin araşdırılmasında iştirak etmək; Sistem üzrə testlərin aparılması, yeni funksionallıqların tətbiqi və dəyişikliklərin yoxlanılmasını həyata keçirmək; Layihə komandası və proqram təminatı üzrə developer/QA əməkdaşları ilə koordinasiyalı işləmək; Müştəri tələblərini texniki komandaya düzgün şəkildə çatdırmaq və icra prosesini izləmək; Mövcud biznes proseslərinin optimallaşdırılması və avtomatlaşdırılması üzrə təkliflər vermək; Sistem yenilənmələri və dəyişiklikləri ilə bağlı istifadəçiləri məlumatlandırmaq. Namizədə tələblər ERP sistemləri üzrə minimum 1 il iş təcrübəsi ; Analitik düşüncə və problem həll etmə bacarığı; Müştərilərlə effektiv ünsiyyət və təqdimat bacarığı; MS Office, xüsusilə Excel proqramı ilə yaxşı işləmək bacarığı; Azərbaycan dili — əla, rus və ingilis dilləri — üstünlükdür. Ali təhsilli olması üstünlükdür; Üstünlük hesab olunur ERP layihələrinin tətbiqi və müşayiəti üzrə təcrübə; SQL və hesabatların hazırlanması üzrə bilik; BI alətləri ilə işləmək bacarığı; Proqramlaşdırma və ya script yazmaq üzrə ilkin bilik; ERP sistemlərinin müxtəlif modulları üzrə praktiki təcrübə; Biz nə təklif edirik? Karyera inkişafı imkanları; Peşəkar inkişaf və təlim imkanları; ERP layihələrində iştirak və praktiki təcrübə; Dinamik və peşəkar iş mühiti; İş qrafiki: 5 günlük (09:00-18:00) Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir. Uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına Mövzu yerində ERP Konsultant yazıb CV göndərərək müraciət edə bilərlər.