Elektrik qaynaqçısı - ATEF Şirkətlər Qrupu

Location: Bakı

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik qaynaqçısı”  vəzifəsinə vakansiya elan edir. İş şəraiti İş yeri:  Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əmək haqqı : Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir. Tam sosial təminat (məzuniyyət və s.)  5 günlük iş həftəsi Nahar fasiləsi: 12:00-13:00 Nahar müəssisə tərəfindən təmin edilir. Vəzifə öhdəlikləri İstehsalat sahəsində metal konstruksiyaların, detalların, hissələrin və müxtəlif avadanlıqların elektrik qaynağı işlərini yerinə yetirmək; Qaynaq işlərini texniki sənədlərə, çertyoj və müəyyən edilmiş texnoloji tələblərə uyğun icra etmək; Qaynaq ediləcək səth və detalları qaynaq prosesinə hazırlamaq; Qaynaq aparatını, elektrodları, kabelləri və digər köməkçi avadanlıqları işə hazırlamaq; Qaynaq ediləcək materialın növünə, qalınlığına və işin xüsusiyyətinə uyğun elektrod və qaynaq rejimini müəyyən etmək; Müxtəlif mürəkkəblikdə qaynaq tikişlərini yerinə yetirmək; Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və aşkar olunmuş qüsurları aradan qaldırmaq; Metal konstruksiya və detalların yığılması və qaynaqlanması işlərində iştirak etmək; Zəruri hallarda metalın kəsilməsi, daşlanması və qaynağa hazırlanması kimi köməkçi işləri yerinə yetirmək; Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün və təhlükəsiz istifadə etmək; İş prosesində istifadə olunan avadanlıqların texniki sazlığını nəzarətdə saxlamaq və nasazlıqlar barədə rəhbərinə məlumat vermək; İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək; Verilmiş istehsalat tapşırıqlarını müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə yerinə yetirmək. Tələblər: Orta ixtisas və ya peşə təhsili; Elektrik qaynaqçısı ixtisası üzrə müvafiq iş təcrübəsi; Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi; Elektrik qövs qaynağı üzrə nəzəri və praktiki biliklər; Müxtəlif metal və metal konstruksiyaların qaynaqlanması üzrə praktiki bacarıqlar; Elektrodların seçilməsi və qaynaq rejimləri haqqında bilik; Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı; Texniki çertyoj və sənədləri oxumaq bacarığı; Qaynaq tikişlərinə qoyulan əsas keyfiyyət tələblərini bilməli; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli; İstehsalat şəraitində işləmək bacarığı; Namizədin şəxsi keyfiyyətləri: Məsuliyyətli və intizamlı olmaq; Diqqətli və dəqiq işləmək; İşə ciddi və planlı yanaşmaq; Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək; Komandada işləmək bacarığı; Təhlükəsizlik qaydalarına riayət etmək; Operativ və çevik olmaq; Fiziki işə uyğunlaşmaq.. Bu vəzifəyə müraciət etmək üçün CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Elektrik qaynaqçısı”  Mövzu bölməsində göstərin.