Smeta mühəndisi (Cost Estimator / Quantity Surveyor) - Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Location: Bakı

Vəzifə öhdəlikləri: Layihə sənədlərinin (cizgilər, spesifikasiyalar) təhlili və smetaların tərtib edilməsi; Tikinti-quraşdırma işləri üzrə Method Statement (İşlərin icra metodikası və texnoloji ardıcıllıq planı) sənədlərinin hazırlanması; AutoCAD cizgiləri əsasında iş və material həcmlərinin (BoQ – Bill of Quantities) dəqiq hesablanması; Forma №2, Forma №3 və aylıq icra aktlarının hazırlanması, yoxlanılması və təsdiqi; Bazar qiymətləri, resurslar və tikinti metodologiyası əsasında layihənin maya dəyərinin (cost estimation) çıxarılması; Subpodratçı və təchizatçıların qiymət təkliflərinin, smeta və aktlarının təhlili; Layihə dəyişiklikləri zamanı əlavə iş həcmlərinin (Variation Orders) vaxtında hesablanması və əsaslandırılması. Tələblər: Təhsil: İnşaat mühəndisliyi və ya texniki sahədə ali təhsil; İş təcrübəsi: Tikinti və ya mühəndislik layihələrində smeta / sahə mühəndisliyi üzrə minimum 3 il təcrübə; Texniki bacarıqlar: Tikinti texnologiyalarını dərindən bilmək, sərbəst şəkildə Method Statement tərtib etmək bacarığı; Proqram bilikləri: MS Excel (mükəmməl səviyyədə — mürəkkəb formullar, həcm cədvəlləri), AutoCAD (həcmləri çıxarmaq və layihəni oxumaq üçün); Yerli tikinti norma və standartlarını (AzDTN) bilmək; Dil bilikləri: Azərbaycan dili (əla),  Rus dili, İngilis dili (Method Statement və beynəlxalq standartlı sənədlər üçün arzuolunandır). İş şəraiti: İş qrafiki: I–V günlər, 09:00 – 18:00; Əməkhaqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara uyğun); Ünvan: Qurban Xəlilov 8. CV-nizi mövzu hissəsində «Smeta mühəndisi» qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.