Anbardar - Azera Holding

Location: Bakı

Azera Holdinq, tərkibində fəaliyyət göstərən Katan Tekstil MMC üçün  Anbardar vəzifəsinə vakansiya elan edir. Əsas vəzifələr: Mal Qəbulu və Qeydiyyatı: Tekstil məhsullarının, xammalın və aksesuarların anbarda qəbulu və müvafiq sənədləşdirilməsinin aparılması. Anbarın Təşkili: Anbarda olan bütün məhsulların düzgün  şəkildə çeşidlənməsi,  sistematik qaydada saxlanması və onlara asan çıxışın təmin edilməsi. Mal Yerləşdirilməsi: Məhsulların müəyyən edilmiş sahələrdə yerləşdirilməsi, materialların tipinə və istifadəsinə uyğun anbar ərazisinin təşkil edilməsi. Stok İdarəetməsi: Anbarda olan məhsulların dəqiq uçotunun aparılması və stok vəziyyətinin daimi izlənməsi, əskikliklərin və artıq məhsulların vaxtında müəyyən edilməsi. Məhsulların İstehsalata Çıxışı: Məhsulların istehsalat prosesinə yönləndirilməsi üçün lazım olan xammalın və digər materialların istehsalat bölməsinə təhvil verilməsi. Anbar Hesabatlarının Hazırlanması: Stok vəziyyəti, məhsul qəbulu və çıxışı barədə aylıq və  tələb olunduqda hesabatların hazırlanması (1C Proqramı üzərindən) və rəhbərliyə təqdim edilməsi. Tələblər: Ali təhsil arzuolunandır İş təcrübəsi müvafiq sahədə 2 il  Azərbaycan dili əla,rus dili üstünlükdür Kompyuter proqramları biliyi: 1 C və MC Ofice proqramlarında işləmək Təmkinli və səbirli olması vacibdir. İdarəetmə bacarığı, stressə davamlılıq, dəqiqlik,1C proqamında sərbəst işləmək  İcraatında olan işi  tələb olunan zamanda  təhvil vermək Əlavə qeyd Əmək haqqı: 1200 AZN (Net) İş yeri: Bakı şəhəri Ələsgər Qayıbov küç 1222 Həftə içi 5 gün, 09:00-18:00 Tekstil sahəsində təcrübəsi olması arzuolunandır Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Katan tekstil anbardar” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.