Location: Bakı
Vəzifəyə tələblər: Aidiyyati sahə üzrə ali təhsil; Minimum 3 il iş təcrübəsi; Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar verməyi bacarmalı. Vəzifə öhdəlikləri: Heyvanların vaksinasiyasını sistemli və müəyyən edilmiş qrafikə uyğun həyata keçirmək; Heyvanların sağlamlıq vəziyyətini gündəlik olaraq yoxlamaq və nəzarətdə saxlamaq; Xəstə heyvanların baxımını və müalicəsini həyata keçirmək; Heyvanların xəstəliklərdən qorunması məqsədilə qabaqlayıcı tədbirlər görmək; Xəstəliklərin yaranma səbəblərini araşdırmaq və müvafiq tədbirlər həyata keçirmək; Xəstəliklərin, aparılan müalicələrin və vaksinasiyaların uçotunu və qeydiyyatını düzgün aparmaq; Xəstəliyin səbəbinin yemləmə ilə əlaqəli olduğu müəyyən edildikdə, zootexniklə məsləhətləşərək heyvanlar üçün yeni rasionların hazırlanmasını təmin etmək; Xəstə heyvanların karantin rejiminə və müvafiq baytarlıq tələblərinə riayət olunmasına nəzarət etmək; Heyvanların doğuş proseslərini həyata keçirmək, doğuşdan əvvəl və doğuşdan sonra müvafiq baytarlıq xidmətlərini və müalicə tədbirlərini icra etmək. İş vaxtının norması: 6 günlük iş rejimi. İstirahət günü: Bazar günü. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə. Nahar şirkət tərəfindən təmin edilir. İş Yeri: Kürdəmir rayonu. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Baytar həkim (Kürdəmir)” qeyd etməyiniz xahiş olunur.