Yüklənir...
Location: Bakı
Tələblər: Müvafiq sahə üzrə ali təhsil və ya peşə İş təcrübəsi - min 3 il Vəzifə öhdəlikləri Texniki çertyojları və texniki tapşırıqları oxumaq, düzgün təhlil etmək və yerinə yetirmək; CNC frez və torna dəzgahlarında detalların emalını proqramlaşdırılmış parametrlərə uyğun şəkildə icra etmək; Zərurət yarandıqda CNC proqram kodlarını (G-Code və M-Code) düzəliş etmək, optimallaşdırmaq və yenidən tətbiq etmək; İş parçasını dəzgaha düzgün şəkildə bərkitmək, mərkəzləndirmək və ölçü alətləri ilə ilkin yoxlamasını aparmaq; Emal üçün tələb olunan kəsici alətləri düzgün seçmək, sazlamaq və ehtiyac olduqda dəyişdirmək; Hazır məhsulların ölçü dəqiqliyini mikrometr, ştangensirkul və digər dəqiqlik alətləri ilə yoxlamaq və sənədləşdirmək; İstehsalat zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək; CNC dəzgahlarının planlı və profilaktik baxım işlərində iştirak etmək və texniki nasazlıqları vaxtında bildirmək; İş sahəsini, dəzgahı və ətraf mühiti daim təmiz, səliqəli və təhlükəsiz vəziyyətdə saxlamaq; Ona həvalə olunmuş işləri müəyyən edilmiş müddət ərzində, texniki normativlərə və keyfiyyət standartlarına uyğun şəkildə yerinə yetirmək; CNC dəzgahlarında görülən işlər zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulmaması üçün məsuliyyət daşımaq; Avadanlıq və alətlərin yalnız təyinatına uyğun, düzgün şəkildə istifadə edilməsini təmin etmək; Texniki tapşırıqlardan və çertyoj tələblərindən kənara çıxmadan işlərin icrasını təmin etmək; Ona təhkim edilmiş avadanlıq, alət və materialların qorunmasına, itki və zədələnmədən saxlanmasına nəzarət etmək. İş şərtləri: İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək Əmək haqqı: 800 - 1000 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər) İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi Əlaqə nömrəsi: 050-231-12-05 HR