Location: Bakı
İş sahəsi: Çin istehsalı elektrik və Plug-in Hibrid avtomobilləri Vəzifə öhdəlikləri: Avtomobillərin mexaniki sistemlərinin diaqnostikası və təmiri; Asqı, sükan, əyləc və digər mexaniki sistemlərə texniki xidmət göstərilməsi; Amortizator, şaravoy, sükan ucluqları, səssizbloklar və digər mexaniki komponentlərin yoxlanılması və dəyişdirilməsi; Planlı texniki xidmət və təmir işlərinin həyata keçirilməsi; Mexaniki nasazlıqların səbəbinin müəyyən edilməsi və aradan qaldırılması; Texniki mayelərin və mexaniki komponentlərin vəziyyətinin yoxlanılması; Təmir işlərinin istehsalçı standartlarına uyğun həyata keçirilməsi; Görülmüş işlərin keyfiyyətinin yoxlanılması. Namizədə tələblər: Avtomobil mexanikası üzrə minimum 3 il rəsmi iş təcrübəsi; Avtomobilin mexaniki sistemləri üzrə geniş praktiki bilik; Asqı, sükan və əyləc sistemləri üzrə peşəkar bacarıq; Müasir avtomobillərin konstruksiyası barədə bilik; Texniki diaqnostika avadanlıqlarından istifadə bacarığı; Elektrik və Plug-in Hibrid avtomobillərinin mexaniki xüsusiyyətləri barədə bilik; Servis alətləri və avadanlıqlarından düzgün istifadə bacarığı; Məsuliyyətli, dəqiq və intizamlı olmaq; Komandada işləmək bacarığı. Üstünlük hesab olunur: BYD və digər Çin avtomobil markaları üzrə iş təcrübəsi; Elektrik və Plug-in Hibrid avtomobillərinin servisində iş təcrübəsi. İş şəraiti: İş yeri “BYD Motors Baku” MMC (Badamdar qəsəbəsi) İş rejimi: 6 günlük iş qrafiki İstirahət günü: Bazar günü Əmək haqqı: Müsahibənin nəticəsinə əsasən müəyyən ediləcəkdir. Uyğun namizədlər CV-lərini e-mailin mövzu hissəsində “Avtomobil mexaniki” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. CV formasında müraciət etməyən namizədlərlə əlaqə saxlanılmayacaqdır. Yalnız CV-si uyğun hesab edilən namizədlər müsahibəyə dəvət ediləcəkdir.