Yüklənir...
Location: Bakı
CASPOS MMC komandamıza “Texniki servis mütəxəssisi” axtarırıq. Məsuliyyət və vəzifələr : Təmirə daxil olan kassa aparatlarının ilkin texniki diaqnostikasını həyata keçirmək; Kassa aparatlarının elektron və elektrik hissələrinin təmiri və texniki xidmətini həyata keçirmək; Elektron komponentlərin, naqillərin, birləşdiricilərin və digər hissələrin yoxlanılması, dəyişdirilməsi və bərpasını təmin etmək; Elektron lövhələr üzərində lehimləmə (payka) və digər texniki təmir işlərini yerinə yetirmək; Nasazlıqların səbəblərini müəyyən etmək və onların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; Təmir və texniki xidmət zamanı müvafiq alət və avadanlıqlardan düzgün istifadə etmək; Təmir edilmiş kassa aparatlarının işləkliyini yoxlamaq və funksional sınaqlarını həyata keçirmək; Görülmüş təmir işləri və aşkar edilmiş nasazlıqlar barədə müvafiq qeydlər aparmaq və hesabat vermək; İş prosesində elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək; Rəhbərlik tərəfindən səlahiyyətləri və vəzifə funksiyaları çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər: Elektronika və elektrik dövrələri haqqında ilkin və ya orta səviyyədə biliklər; Lehimləmə (payka) texnikası və elektron lövhələrlə işləmək bacarığı; Elektron avadanlıqların diaqnostikası və təmiri üzrə biliklər; Yaş həddi: 25-40. Fərdi keyfiyyətləri: Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmaq; Səbrli və təmkinli olmaq; Öyrənməyə və yeni texnologiyalara uyğunlaşmağa həvəsli olmaq; Komandada işləmək bacarığı; Operativ qərarvermə və problem həll etmə bacarığı. Əlavə məlumatlar: Əmək haqqı: Razılaşma yolu ilə; İş qrafiki: 5 günlük, 09:00-18:00; AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə. Əməkdaşlar üçün şirkət tərəfindən qarşılanan tibbi sığorta paketi Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissəsində “Texniki servis mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.