Yüklənir...
Location: Bakı
Vəzifə Qrupun maliyyə komandasının aylıq və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması, büdcələmə, proqnozlaşdırma, maliyyə təhlili və maliyyə göstəricilərinin monitorinqi istiqamətlərində dəstəklənməsini əhatə edir. Vəzifə öhdəlikləri: Qrup müəssisələri üzrə aylıq və illik maliyyə və idarəetmə hesabatlarının hazırlanması; Müxtəlif struktur bölmələri ilə əməkdaşlıq edərək maliyyə məlumatlarının düzgünlüyünün təmin edilməsi; Mənfəət və zərər hesabatı, Balans Hesabatı, Pul Vəsaitlərinin Hərəkəti, CAPEX və dövriyyə kapitalı üzrə təhlillərin aparılması; İllik büdcələmə prosesinin koordinasiyası və hazırlanmasına və o cümlədən gəlir, OPEX, CAPEX, pul vəsaitləri və dövriyyə kapitalı üzrə büdcələrin hazırlanması dəstək; Faktiki nəticələrin büdcə, forecast və əvvəlki dövrlə müqayisəli təhlili, əsas kənarlaşmaların müəyyən edilməsi və izahı; Maliyyə göstəricilərinin monitorinqi və kənarlaşmaların izah edilməsi; Hesabat proseslərinin optimallaşdırılması üzrə təşəbbüslərin irəli sürülməsi; Rəhbərlik üçün ad-hoc maliyyə təhlillərinin, ssenari və həssaslıq analizlərinin hazırlanması. Tələblər: Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat sahəsində); Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 2-3 il iş təcrübəsi; IFRS (Beynəlxalq Maliyyə Hesabatı Standartları) üzrə biliklərə sahib olmaq; Büdcə və forecastların hazırlanması və təhlili bacarığı; Maliyyə göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı; MS Excel proqramını yüksək səviyyədə bilmək (Pivot Table, mürəkkəb formulalar və s.); Böyük həcmli məlumatlarla işləmək və keyfiyyətli nəticə təqdim etmək bacarığı; Yüksək analitik düşüncə, diqqətlilik və məsuliyyətlilik; Vaxtın effektiv idarə olunması və prioritetləri düzgün müəyyən etmə bacarığı; Komanda ilə işləmə bacarığının olması; ERP sistemləri ilə işləmək təcrübəsi üstünlükdür; ACCA və digər oxşar sertifikatlara sahib olmaq üstünlükdür; Big4 və oxşar şirkətlərdə müvafiq iş təcrübəsi üstünlükdür; Azərbaycan və İngilis dilini bilməsi zəruridir. Rus dilini bilməsi arzuolunandır. Əmək şəraiti: Pozitiv və dəstəkləyici iş mühiti İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün) İş vaxtı: 09:00-18:00 Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.