Texniki ofis rəhbəri - Cronos Construction

Location: Bakı

“CRONOS Construction” MMC komandasına Texniki ofis rəhbəri vəzifəsi üzrə təcrübəli əməkdaş axtarır. Tələblər: İnşaat mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil; Tikinti qanunvericiliyi, tikinti norma və qaydaları üzrə biliklər; Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi; Texniki şöbənin idarə olunması və rəhbərliyi üzrə təcrübə; MS Office, Outlook, AutoCAD və Primavera proqramlarında işləmək bacarığı; Texniki problemləri müəyyənləşdirmək, təhlil etmək və həll yolları təklif etmək bacarığı; Hesabatların hazırlanması və təhlili bacarığı; Komanda idarəetməsi və koordinasiya bacarığı. Əsas vəzifə və öhdəliklər: Texniki ofisin fəaliyyətini təşkil və idarə etmək, şöbənin işinə rəhbərlik etmək; Tikinti-quraşdırma işlərinin təsdiq edilmiş layihə-smeta sənədlərinə, tikinti norma və qaydalarına, standartlara və texniki şərtlərə uyğunluğuna nəzarət etmək; Layihə-smeta sənədlərinin hazırlanmasını, yoxlanılmasını və icrasını təmin etmək; Sifarişçilərdən və subpodratçılardan daxil olan smeta sənədlərini yoxlamaq, onların tərkibi və keyfiyyəti barədə rəy hazırlamaq; Tikinti işlərinin həcmini, material və əlavə xərcləri hesablamaq, görülmüş işlərin uçotunu aparmaq; Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq və təhlil etmək; Layihələrin icrasına, iş qrafiklərinə və layihə planlarına uyğunluğa nəzarət etmək; Layihə sənədləşmə sistemini təşkil və idarə etmək (Çizimlər, NFI, RFI, MA, MS və digər texniki sənədlər); Laboratoriya nəticələrinin, material sertifikatlarının və texniki sənədlərin hazırlanmasını və toplanmasını təşkil etmək; Subpodratçılar üçün texniki spesifikasiyaların hazırlanmasını təmin etmək; Material sifarişləri və təchizat prosesinə texniki nəzarət etmək; Mühəndislik və tikinti qrupları arasında koordinasiyanı təmin etmək; Müqavilələr üzrə texniki öhdəliklərin icrasına nəzarət etmək; Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təşkil etmək; Tikinti-quraşdırma işlərinin keyfiyyətinə nəzarət prosesində iştirak etmək; Təhvil-təslim prosedurlarını təşkil etmək və müvafiq sənədləri hazırlamaq; Şöbənin aylıq fəaliyyəti və görülmüş işlər barədə şirkət rəhbərliyinə hesabat təqdim etmək. İş şəraiti: İş rejimi: 5 günlük, 09:00–18:00; Əmək haqqı: Müsahibə əsasında; Rəsmi əmək müqaviləsi; Nahar şirkət tərəfindən təmin olunur. Tələblərə uyğun namizədlər CV-lərini elektron poçtun mövzu hissəsində “Texniki ofis rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.