Yüklənir...
Location: Bakı
Struktur: Mərkəz İş yeri : Alov Qüllələri - Flame Towers Vəzifə haqqında: Daax Construction-a tikinti sektorunda təcrübəyə malik İnsan Resursları üzrə Menecer axtarılır. Əsas vəzifələr: Vakansiyaları təhlil etmək, şirkət daxili elanları hazırlamaq və yerləşdirmək; Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı və yerləşdirilməsi üzrə işin təşkili İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun idarə edilməsini təmin etmək; İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək; İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək; İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun həyata keçirilməsini əlaqələndirmək; ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək; İnsan resursları prosedurlarının təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və müvafiq uyğunlaşma tədbirlərini həyata keçirmək. Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablamaları üçün zəruri məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək; Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək; İR və Payroll üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək. Əsas tələblər: Yaş həddi: 30–45 Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə); İnsan resursları və Payroll sahəsində minimum 5 il iş təcrübəsi; HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə; MS Office və yaxşı səviyyədə Exceldə işləmək bacarığı; Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı; Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı; Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı; Azərbaycan dilində sərbəst, ingilis və ya türk dilində işlək səviyyədə ünsiyyət bacarığı; 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür. Vəzifə üzrə təminatlar: Nahar və Tibbi sığorta şirkət tərəfindən təmin olunur. Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “İnsan Resursları üzrə Menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.