Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri İnzibati binaya daxil olan qonaqları qarşılamaq, gəliş məqsədini müəyyən etmək və müvafiq struktur bölmələrə yönləndirmək; Telefon zənglərini qəbul etmək, yönləndirmək və ya zəruri məlumatları təqdim etmək; Qonaqların və qəbula gələn şəxslərin qeydiyyatını aparmaq; Qonaqlara və əməkdaşlara zəruri informasiya dəstəyi göstərmək; Tədbir və iclaslar zamanı qonaqların qarşılanmasını, qeydiyyatını və yerləşdirilməsini təmin etmək; Qonaqlara gözləmə zalında rahat şəraitin (səliqə, içməli su və s.) olmasına nəzarət etmək; Gündəlik qonaq statistikasının hesabatını aparmaq; Gələn kuryer, poçt və çatdırılma xidmətlərinin qəbulunu və yönləndirilməsini təmin etmək; Təhlükəsizlik xidməti ilə koordinasiyalı şəkildə işləmək; İnzibati binada təhlükəsizlik və daxili nizam-intizam qaydalarına riayət olunmasına səahiyyətləri daxilində nəzarət etmək. Namizədə tələblər: Ali təhsilli; 21-30 yaş aralığı; MS Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmə bacarığı; Azərbaycan və rus dilində sərbəst danışıq; Ünsiyyətcil, məsuliyyətli və təşkilatçılıq qabiliyyəti yüksək olan; Komandada işləmək bacarığına sahib. İş şəraiti: İş yeri: Bakı şəhəri; İş vaxtı: həftənin 5 günü, saat 09:00-18:00; İstirahət günləri: şənbə və bazar Əmək haqqı 1200 manat (gross) Tələblərə uyğun namizədlər mövzu yerində “Qeydiyyatçı (reception)” yazaraq CV formasını Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməklə müraciət edə bilərlər.