Location: Bakı
İş yeri: Bakı şəhəri, Qara Qarayev, Tofiq Abbasov küçəsi 38C İş haqqında məlumat: ESKARPİNİ Ayaqqabı Mağazası sosial media hesablarının idarə olunması və onlayn tanıtım işlərinin həyata keçirilməsi üçün yaradıcı, məsuliyyətli və yeniliklərə açıq SMM mütəxəssisi axtarır. Əsas vəzifələr: Instagram və digər sosial media hesablarının idarə olunması; Gündəlik paylaşım planının hazırlanması; Foto və video kontentlərin hazırlanması və paylaşılması; Reels və Story videolarının çəkilməsi və montajı; Məhsulların sosial şəbəkələrdə kreativ təqdim edilməsi; Sosial media üzərindən gələn mesaj və sorğuların cavablandırılması; Reklam və kampaniyaların hazırlanmasında iştirak; İzləyici aktivliyinin və səhifə inkişafının artırılması. Namizədə tələblər: SMM sahəsində təcrübə arzuolunandır; Instagram və digər sosial media platformalarını yaxşı tanımaq; Canva, CapCut və oxşar proqramlarla işləmək bacarığı; Kreativ düşüncə və vizual zövq; Foto və video çəkilişi bacarığı; Məsuliyyətli və operativ olmaq; Komanda ilə işləmək bacarığı. İş şəraiti: İş yeri: Bakı şəhəri, Metro Qara Qarayev, Tofiq Abbasov küçəsi 38C; Əməkhaqqı: 800 AZN + satış bonusu; İş qrafiki: 10:00-19:00 (6 günlük) Əlaqə: +994 50 356 60 50 Uyğun namizədlərdən müraciətlərini qeyd olunan əlaqə nömrəsinə və ya Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.