HVAC (Havalandırma, İsitmə və Soyutma) sistemləri üzrə mühəndis - EuroClima MMC

Location: Bakı

Vəzifə öhdəlikləri : Havalandırma, isitmə - soyutma ,  su  kanalizasya və yanğın (Sulu söndürmə) sistemləri işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək; Bina və obyektlərdə havalandırma, isitmə - soyutma və yanğın (Sulu söndürmə) sistemlərin quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq; İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin tərtibi üçün geniş texniki hesablamaları aparmaq; Avadanlıqların seçilməsi, avadanlıqların (yük hesabatlarının) soyutma – isitmə güclərinin, hava miqdarının və diğər texniki parametrlərinin hesablanma işlərini aparmaq; Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun müşahidə prosesini həyata geçirmek; Sahə səfərlərinə getmək, BOQ və Qüsur aktı  hazırlamaq,  Görülmüş işlər üzrə Forma 2 və  son layihələrin hazırlamaq, Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək; Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək; Müxtəlif təyinatlı tikili və təmir işlərinin HVAC cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi; Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək; Layihə sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək; İdarənin özünün tikintiləri üçün, podratçı təşkilatlarını layihə sənədləri ilə təmin etmək; Təsdiq olunmuş layihə-smeta sənədlərinə uyğun, yerlərdə işlərin gedişatına mütəmadi nəzarət funksiyasını həyata keçirmək; Faktiki işlərin gedişinə uyğun olaraq layihə-smeta sənədlərinə vaxtında düzəlişlər etmək və həmin düzəlişlər barədə aidiyyəti şöbələrə məlumat vermək; Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq; Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması; Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək və layihə üçün vaxt planının müəyyən edilməsi; Layihələri FNH ekspertiza idarəsinin tələblərinə uyğun hazırlamaq və ekspertiza idarəsinə təhvil verərək, layihəni müdafiə etmək; Ümumi layihələrə aid sənədlərin ayıq (hər ayın əvvəli) tərtib edilməsi (Forma 2, Smeta və.s); Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək. Rəhbərliyin HVAC sistemlərinin fəaliyyəti ilə bağlı verdiyi tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Tələblər: HVAC mühəndisi ixtisası üzrə ali təhsil; ( Kommunikasiya sistemləri mühəndisliyi,  İstilik,    Ventilyasiya,  Kondisionerləşdirmə və Santexnika) MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli; Sahə üzrə minimum 3-5 il təcrübə; Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə; VRF (VRV), Çiller, Qazanxana və havalandırma və santexnika sistemləri üzrə biliklərin olması; Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq; Şərtlər: Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K; İş rejimi:  6 günlük iş həftəsi; Korporatov nömrə; Əmək haqqı: 2000 - 2300 AZN (namizədin bilik və bacarıqlarına əsasən dəyişir) ediləcək-yüksəkdir; Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “HVAC sistemləri üzrə mühəndis” qeyd edərək, öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər; Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.