Masallı filialı üçün Filial müdiri - FinexKredit BOKT

Location: Bakı

Namizədə dair tələblər iqtisadiyyat və ya hüquq sahələrində ali təhsil və maliyyə bazarları sahəsində azı 2 illik iş təcrübəsinin olması, yaxud ali təhsil və maliyyə bazarları sahəsində azı 3 illik iş təcrübəsinin olması; Bank, BOKT və ya Lombard sahəsində minimum 3 illik təcrübə; İdarəetmə və liderlik qabiliyyəti; Yaxşı ünsiyyət və komanda ilə işləmə bacarığı. Kreditlərin verilməsinə dair qayda, prosedur, təlimatları bilmək Qızıldan anlayışı olmaq Lombard krediti üzrə təcrübəsi olmaq təhsil və yaxud sertifikatlaşdırılmış kurs, akademiya və s. təcrübədə iştirak etmək Yaş: 30-45 Dil bilikləri: Azərbaycan dili (əla),  Diqqətli və Operativ olması Kommunikasiya bacarığının yüksək səviyyədə olmağı İş barədə məlumat Filialın ümumi fəaliyyətini təşkil və idarə etmək, strateji və operativ hədəflərin icrasını təmin etmək;  Kreditləşmə prosesinə nəzarət etmək, verilən kreditlərin keyfiyyətini  və risk səviyyəsini daim izləmək;  Kredit portfelinin strukturunu, gecikmələri və problemli kreditləri mütəmadi təhlil etmək və müvafiq tədbirlər görmək;  Filial üzrə aktivlərin, o cümlədən kredit portfelinin təhlükəsizliyini və qorunmasını təmin etmək;  Kassa əməliyyatlarının düzgün aparılmasına, nağd vəsaitlərin uçotu və saxlanmasına nəzarət etmək;  Mühasibat uçotu və hesabatlılığın düzgünlüyünü təmin etmək, Baş ofisə vaxtında və dəqiq hesabatların təqdim edilməsinə nəzarət etmək;  Azərbaycan Respublikası Mərkəzi Bankının normativ tələblərinə, daxili qayda və prosedurlara riayət olunmasını təmin etmək;  ƏL/TMM (AML/CFT) tələblərinin icrasına nəzarət etmək, şübhəli əməliyyatların aşkar olunması və bildirilməsi prosesini təşkil etmək;  Daxili nəzarət sisteminin effektivliyini təmin etmək, əməliyyat risklərini minimuma endirmək;  İşçi heyətinin idarə olunmasını, iş bölgüsünü və əmək intizamına riayət edilməsini təmin etmək;  Müştəri xidmətlərinin keyfiyyətinə nəzarət etmək və müştəri məmnuniyyətini artırmaq üçün tədbirlər görmək;  Daxili və xarici audit yoxlamaları zamanı tələb olunan məlumat və sənədlərin təqdim edilməsini təmin etmək, aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər görmək;  Filial üzrə maliyyə nəticələrinin (gəlir, xərc, mənfəət) təhlilini aparmaq və optimallaşdırma tədbirləri həyata keçirmək. Əmək haqqı Razılaşma yolu ilə. Qeyd olunan tələblərə uyğun gələn namizədlər “ Filial müdiri - Masallı filialı ” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.