Daxili audit üzrə kiçik mütəxəssis - Fostanpak MMC

Location: Bakı

Tələblər: Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə); Şəxsi avtomobil mütləqdir Mühasibatlıq bilikləri; Yaxşı səviyyədə kompüter bacarıqları (Excel bilikləri önəmlidir); Komandada işləmək bacarığı. Yalnız bəy namizədlər Vəzifə öhdəlikləri: Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması; Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi; Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət; Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək; Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi; Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi; İş şəraiti: 6 günlük iş qrafiki;6 cı gün qısa iş günü Nahar şirkət tərəfindən təmin edilir. İş yeri: Bakı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi Əmək haqqı: 700 AZN + benzin pulu Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Daxili Audit üzrə kiçik mütəxəssis ” üzrə yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.