Sistem Administratoru - Golden Pay

Location: Bakı

Vakansiyanın tələbləri:  Təhsil: Ali;  İş təcrübəsi: müvafiq sahə üzrə 3 il;  Müvafiq WAN/LAN texnologiyaları, serverin virtuallaşdırılması, saxlama və təhlükəsizlik texnologiyaları, verilənlər bazası üzrə təcrübə;  Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere, VMware HCI;  Backup sistemləri ilə iş təcrübəsi - Veeam Backup and Replication;  Linux (RHEL, Centos Linux, Ubunut, Alma linux) , BSD üzrə biliklər;  İT avadanlıq konseptləri (RAID, SAN,x86 Architecture, SCSI, ISCSI, FCP,FCIP) üzrə biliklər;  Qoruyucu divarlar,ruterlər,şəbəkə açarları,DNS,DHCP,VPN,FTP,internet protokolları barədə biliklər;  Avtomatlaşdırma tool-ları ilə iş bacarığı - Ansible, Terrafrom.  Vəzifə öhdəlikləri:  Linux sistemlərinin idarəsi və konfiqurasiyası (RHEL, CentOS, Ubuntu);    HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);  LoadBalancer/Failover sistemlərinin idarə olunması (keepalive, peacemaker, haproxy, nginx);  Skript dillərində tapşırıqların avtomatlaşdırılması (Bash, sh);  IT infrastrukturuna aid sistemlərin tətbiq edilməsi və inzibatçılığı, etibarlı işləməsinin və yenilənməsinin təmin edilməsi; baş verən insidentlərin və problemlərin vaxtında həll edilməsi;  Ehtiyat surətlərin yaradılması prosesinin idarəedilməsi və nəzarətdə saxlanması;  Məlumat mərkəzinin infrastruktur komponentlərinin (server, hipervizor, storage, SAN və s.) və öhdəliyində olan digər İT sistemlərinin (Windows OS, MS Exchange, AD və s.) inzibatçılığının və etibarlı   işləməsinin təmin edilməsi; Qəbul edilmiş qayda, təlimat və standartlara uyğun olaraq sistemlərin inzibatçılığının həyata keçirilməsi (patçların və yenilənmələrin quraşdırılması, monitorinqi və s.);  Sistem konfiqurasiyalarının təhlükəsizliyinin təmin edilməsi (“security hardening”);  Məlumatların ehtiyat surətlərinin yaradılması və mütəmadi nəzarətdə saxlanılması;  Müvafiq hesabatların hazırlanması;  Müvafiq texniki sənədləşmənin aparılması;  Daxili və xarici audit tapıntıları, risk qiymətləndirməsi və ya digər bölmələrdən daxil olan təkliflər əsasında sistemlərin daim inkişaf etdirilməsi.  İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.  Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.   Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.