Location: Bakı
Tələblər: Bu sahədə əvvəlki iş təcrübəsi arzuolunandır; Mətbəx və stewarding işinin funksiyalarını bilmək; İş öhdəliklərini dəqiq və vaxtında yerinə yetirmək; Hotel standartlarına və müəyyən edilmiş prosedurlara riayət etmək; Sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq; Komandada işləmək bacarığı; Çevik və dinamik iş mühitində işləməyə hazır olmaq; Növbəli iş qrafikində işləmək və tələb olunduqda uzun saatlar işləməyə hazır olmaq; Vəzifə öhdəlikləri: Hotelin mətbəx və stewarding sahələrinin təmizliyini və səliqəsini təmin etmək; Qab-qacaq, mətbəx avadanlıqları və digər inventarların yuyulmasını və təmiz saxlanılmasını təmin etmək; Mətbəx avadanlıqlarını hotel standartlarına uyğun şəkildə təmizləmək və dezinfeksiya etmək; Qab-qacaq və mətbəx inventarlarını düzgün şəkildə çeşidləmək, yerləşdirmək və istifadəyə hazır vəziyyətdə saxlamaq; Mətbəx və iş sahələrində gigiyena və sanitariya standartlarına riayət etmək; Tullantıların müəyyən edilmiş qaydalara uyğun şəkildə toplanmasını və ərazidən uzaqlaşdırılmasını təmin etmək; Təmizlik vasitələri və avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək; Anbar və iş sahələrində səliqənin qorunmasına dəstək olmaq; Mətbəx komandasının gündəlik əməliyyatlarında zəruri dəstəyi göstərmək; Avadanlıq və inventarlarda yaranan nasazlıq və ya zədələnmələr barədə rəhbərliyə məlumat vermək; Əməyin mühafizəsi, təhlükəsizlik, gigiyena və hotel prosedurlarına riayət etmək. Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq.