Location: Bakı
Kollekta MMC problemli kreditlər üzrə borcların effektiv idarə olunması və yığılmasının təmin edilməsi məqsədilə Ünvanda Təqib üzrə Mütəxəssis (Regionlar üzrə) vəzifəsinə peşəkar və məsuliyyətli namizəd axtarır. Vəzifə öhdəlikləri: Gecikmiş kredit öhdəlikləri üzrə borcalanların və zaminlərin qeydiyyat, faktiki yaşayış və iş ünvanlarına səfərlərin həyata keçirilməsi; Borcalan və zaminlərlə birbaşa əlaqə yaradılması, mövcud borcun ödənilməsi ilə bağlı danışıqların aparılması və müvafiq tədbirlərin görülməsi; Əlaqə yaratmaq mümkün olmayan borcalan və zaminlər üzrə alternativ əlaqə vasitələrinin və aktual ünvan məlumatlarının müəyyənləşdirilməsi; Problemli kreditlərin geri qaytarılması və gecikmiş borcların azaldılması istiqamətində effektiv təqib tədbirlərinin həyata keçirilməsi; Borcalanlarla aparılmış görüşlərin, səfərlərin və əldə edilmiş nəticələrin müəyyən edilmiş qaydada sənədləşdirilməsi və sistemə daxil edilməsi; Zəruri sənədlərin və məlumatların PKİD üzrə istifadə olunan xüsusi proqram təminatına vaxtında və düzgün yüklənməsi; Regionlar üzrə borcluların ünvanlarına həftədə ən azı 2 dəfə planlı vizitlərin həyata keçirilməsi; Əlaqəli qurumlarla işgüzar əlaqələrin koordinasiya edilməsi, zəruri məktub və sorğuların hazırlanması və göndərilməsi; BOKT-nin daxili təlimat, qayda, prosedur və əsasnamələrinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasında iştirak edilməsi; Görülmüş işlər, həyata keçirilmiş vizitlər, əldə edilmiş nəticələr və kredit portfelinin vəziyyəti üzrə müvafiq hesabatların hazırlanması və təqdim edilməsi; Vəzifə üzrə digər tapşırıqların müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun icra edilməsi. Tələblər: İqtisadiyyat, Maliyyə, Hüquq və ya vəzifənin fəaliyyət istiqamətinə uyğun digər ixtisaslar üzrə ali təhsil; Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; Bank, BOKT, kollektor və ya problemli kreditlərin idarə edilməsi sahəsində iş təcrübəsi üstünlükdür; B kateqoriyalı sürücülük vəsiqəsi – mütləqdir; Regionlar üzrə aktiv hərəkət və ezamiyyət xarakterli iş rejiminə uyğunluq; 1C/8.3 proqramı ilə işləmək bacarığı üstünlükdür; Güclü ünsiyyət, danışıqlar aparmaq və inandırma bacarığı; Məsuliyyətlilik, operativlik, nəticəyönümlülük və stressə davamlılıq; Müstəqil və komanda daxilində effektiv işləmək bacarığı; Azərbaycan dilini mükəmməl səviyyədə bilməli; Rus dili biliyi üstünlükdür; İşin səyyar xarakteri nəzərə alınaraq kişi namizədlərə üstünlük verilir. İş barədə məlumat: Əmək haqqı: 1 600 AZN NETT İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00 İş formatı: Ofis və regionlar üzrə səyyar fəaliyyət Komfortlu iş şəraiti; Müasir idarəetmə sistemi; Peşəkar və mehriban komanda. İnkişaf və karyera imkanları.CV-lərinizi “ Ünvanda Təqib üzrə mütəxəssis” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Qeyd : Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır