Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Restoranların gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək; Restoran və filiallarda müəyyən edilmiş iş standartlarının tətbiqini və icrasını yoxlamaq; Restoranların zal, mətbəx, kassa, anbar və digər əməliyyat sahələrinin fəaliyyətini monitorinq etmək; Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirmək; Restoran əməkdaşlarının iş proseslərini, davamiyyətini və əmək intizamını izləmək; Personalın iş bölgüsü və iş qrafikinin effektiv təşkilinə dəstək olmaq; Mətbəx və xidmət proseslərinin texnoloji və əməliyyat standartlarına uyğunluğuna nəzarət etmək; Məhsulların qəbulu, saxlanılması, istifadəsi və silinməsi proseslərini monitorinq etmək; Anbar qalıqları, məhsul itkisi və sərfiyyat göstəricilərinə nəzarət etmək; İnventarizasiya proseslərində iştirak etmək; Kassa və satış əməliyyatlarının müəyyən edilmiş prosedurlara uyğunluğunu yoxlamaq; Günlük, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasında iştirak etmək; Restoranlarda aparılan yoxlamaların nəticələrini təhlil etmək və aşkar edilmiş nöqsanlar üzrə tədbirlər planı hazırlamaq; Aşkar edilmiş əməliyyat problemlərinin aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək; Restoranlarda sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını izləmək; Avadanlıqların texniki vəziyyətini monitorinq etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək; Yeni filialların açılışı, yenilənməsi və əməliyyat proseslərinin qurulmasında iştirak etmək; Şirkətin restoran şəbəkəsində əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq. Tələblər: Ali təhsil; Restoran, iaşə, hotelçilik, pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi; Restoran əməliyyatları və filial fəaliyyətinin təşkili barədə praktiki biliklər; Güclü təşkilatçılıq və kommunikasiya bacarığı; Problemləri operativ müəyyən etmək və həll etmək qabiliyyəti; Komanda ilə işləmək və müxtəlif filiallarla effektiv kommunikasiya qurmaq bacarığı; Ölkə daxilində regionlara mütəmadi ezamiyyətə getmək imkanı; İş barədə məlumat: İş yeri: Bakı, Həsən Seyidbəyli küç; 5 günlük iş qrafiki: 09:00-18:00. Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.