Location: Bakı
Vəzifə öhdəlikləri Müəssisə tərəfindən aparılan əməliyyatlar üzrə təhkim olunduğu əsas iş sahəsində, o cümlədən müəssisənin fəaliyyət göstərdiyi bütün sahələrdə əmək funksiyalarını təhlükəsiz və keyfiyyətli şəkildə icra etmək; Elektrik avadanlıqlarını, paylayıcı şitləri, elektrik panellərini, MCC-ləri, idarəetmə panellərini və digər elektrik qurğularını yoxlamaq, nasazlıqları müəyyən etmək və aradan qaldırmaq; Elektrik mühərriklərinin, generatorların, transformatorların və digər elektrik avadanlıqlarının texniki xidmətini və təmirini həyata keçirmək; Elektrik mühərriklərinin sökülməsi, texniki baxışı, təmiri və yenidən yığılmasını təmin etmək; Kabel xətlərinin çəkilməsi, kabel uclarının hazırlanması, markalanması, birləşdirilməsi və kabel marşrutlarının texniki vəziyyətinin yoxlanılmasını həyata keçirmək; Elektrik avadanlıqlarının izolyasiya müqavimətini, davamlılığını, torpaqlanmasını və digər elektrik parametrlərini müvafiq ölçü cihazları vasitəsilə yoxlamaq; Elektrik sistemlərində sınaq və ölçmə işləri aparmaq, nəticələri qeydə almaq və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək; Elektrik avadanlıqlarına planlı və profilaktik texniki xidmət göstərmək və avadanlıqların daim işlək vəziyyətdə saxlanılmasını təmin etmək; Elektrik avadanlıqlarının qoruyucu aparatlarını, avtomat açarlarını, qoruyucuları, kontaktorları, releləri və digər elektrik komponentlərini yoxlamaq və zəruri hallarda dəyişdirmək; Aşkar edilmiş elektrik nasazlıqlarının səbəblərini müəyyən etmək, nasazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək və görülmüş işlər barədə hesabat vermək; Təmir və texniki xidmət işlərindən sonra elektrik avadanlıqlarının funksional və təhlükəsizlik sınaqlarını həyata keçirmək; Partlayış təhlükəli zonalarda (Ex Zone) elektrik avadanlıqları ilə işləyərkən müvafiq Ex tələblərinə, prosedurlara və təhlükəsizlik qaydalarına ciddi riayət etmək; Elektrik avadanlıqları üzərində iş aparmazdan əvvəl enerji mənbəyinin təhlükəsiz şəkildə təcrid olunmasını, LOTO (Lockout/Tagout) prosedurunun və müvafiq İş İcazəsinin (Permit to Work) tətbiq edilməsini təmin etmək; Elektrik təhlükəsizliyi qaydalarına, əməyin mühafizəsi, sənaye və yanğın təhlükəsizliyi tələblərinə ciddi riayət etmək; Elektrik avadanlıqlarında və iş sahəsində aşkar edilmiş təhlükəli vəziyyətlər, nasazlıqlar və potensial risklər barədə dərhal rəhbərliyə məlumat vermək; Fövqəladə hallar zamanı müəssisənin müəyyən etdiyi fövqəladə hallar və təxliyə prosedurlarına uyğun hərəkət etmək; Yerinə yetirilmiş texniki xidmət, təmir, sınaq və nasazlıqlar barədə müvafiq texniki qeydləri və hesabatları aparmaq; Rəhbər tərəfindən tapşırılan digər işləri vəzifə təlimatına, müəssisənin daxili prosedurlarına və qüvvədə olan təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək. Namizədə tələblər Orta və ya peşə təhsili (mexanika və ya müvafiq texniki ixtisas üstünlükdür); Müvafiq sahədə və oxşar vəzifədə minimum 3 il iş təcrübəsi ; Qazma qurğuları və mexaniki avadanlıqların texniki xidməti və təmiri üzrə praktiki biliklər; Mexaniki alətlərdən və ölçü cihazlarından istifadə bacarığı; SƏTƏM standartları və təhlükəsizlik qaydaları üzrə biliklər; Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq; Fiziki iş şəraitində və növbəli iş rejimində işləmək imkanı. Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini Mü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .