Yüklənir...
Location: Bakı
Çörək və un məmulatlarının istehsalı müəssisəsinə İstehsal müdiri – Texnoloq vəzifəsinə peşəkar və təcrübəli əməkdaş axtarılır. Müəssisədə əsas istehsal istiqaməti zavod çörəyidir. Bununla yanaşı, baton, qara çörək, müxtəlif növ bulka və perspektivdə digər çörək və şirniyyat məhsullarının istehsalı nəzərdə tutulur. Əsas vəzifələr Çörək istehsalı prosesinin xammalın qəbulundan hazır məhsulun qablaşdırılmasına qədər bütün mərhələlərinin təşkili və idarə olunması; Zavod çörəyinin stabil keyfiyyət, çəki, forma, dad və struktur göstəriciləri ilə istehsalının təmin edilməsi; Unun keyfiyyət göstəricilərinə uyğun olaraq reseptura və texnoloji rejimlərin müəyyən edilməsi və zərurət olduqda korrektə olunması; Xəmirin yoğrulması, fermentasiya, bölünmə, kündələmə, son mayalanma və bişirmə proseslərinin texnoloji parametrlərinə nəzarət; Maya, duz, yaxşılaşdırıcılar və digər xammalın düzgün dozalanmasının təmin edilməsi; Hazır məhsulun keyfiyyətinə, çəkisinə və çıxım faizinə daimi nəzarət; İstehsal zamanı yaranan texnoloji problemlərin səbəblərinin müəyyən edilməsi və operativ həlli; İstehsal itkilərinin, zay məhsulun və artıq xammal sərfiyyatının minimuma endirilməsi; İstehsal gücünün və avadanlıqların səmərəli istifadəsinin təşkili; İstehsal heyətinin — növbə rəisləri, xəmirçilər, bişiricilər, qablaşdırıcılar və digər əməkdaşların işinin təşkili və nəzarəti; İstehsalatda sanitariya-gigiyena, qida təhlükəsizliyi və texnoloji intizam tələblərinə əməl olunmasının təmin edilməsi; Yeni məhsulların — baton, qara çörək, müxtəlif bulkalar və şirniyyat məhsullarının reseptura və texnologiyalarının hazırlanması və istehsalata tətbiqi; Mövcud məhsulların keyfiyyətinin və istehsal səmərəliliyinin artırılması üzrə təkliflərin hazırlanması. Namizədə tələblər Qida texnologiyası, çörəkçilik, un və qənnadı məmulatlarının texnologiyası və ya uyğun sahə üzrə ali və ya orta ixtisas təhsili; Çörək istehsalı sahəsində minimum 5 il praktiki iş təcrübəsi; Üstünlük olaraq çörək zavodunda baş texnoloq, texnoloq, istehsal müdiri və ya analoji rəhbər vəzifədə iş təcrübəsi; Sənaye üsulu ilə kütləvi zavod çörəyi istehsalını yaxşı bilməsi; Unun keyfiyyət göstəricilərinin çörəyin keyfiyyətinə təsirini və buna uyğun texnoloji düzəlişləri bilməsi; Xəmirin hazırlanması, fermentasiya və bişirmə proseslərinə peşəkar səviyyədə hakim olması; İstehsal resepturaları, xammal sərfiyyatı, məhsul çıxımı və maya dəyəri ilə işləmə bacarığı; Çörəkdə yaranan texnoloji qüsurların səbəblərini müəyyən etmək və aradan qaldırmaq bacarığı; İstehsal kollektivini idarə etmək və iş prosesini sistemli şəkildə təşkil etmək bacarığı; Məsuliyyətli, tələbkar, nəticəyönümlü və operativ qərarvermə qabiliyyətinə malik olması. Üstünlük veriləcək namizədlər 10 il və daha artıq çörəkçilik təcrübəsi, böyük istehsal müəssisəsində çalışmış, zavod çörəyi üzrə güclü praktiki biliyə malik və yeni məhsulların hazırlanıb istehsalata buraxılması təcrübəsi olan namizədlərə üstünlük veriləcək. İş şəraiti Əmək haqqı: Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müsahibə əsasında müəyyən ediləcək İş rejimi və digər şərtlər müsahibə zamanı ətraflı müzakirə ediləcək. Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər. CV-də çörək istehsalı sahəsində işlədiyi müəssisələr, vəzifələr, iş stajı və istehsal etdiyi məhsul növlərinin qeyd edilməsi xahiş olunur.