Anbardar - Pulsmed

Location: Bakı

İş şəraiti İş yeri: Bakı, Yasamal rayonu İş rejimi: 5  günlük (09:00-18:00) Əmək haqqı: Anbardar vəzifəsi üçün başlanğıc əmək haqqı 500 AZN olaraq müəyyən edilib. Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq əmək haqqı məbləği təkrar nəzərdən keçirilə bilər. Vəzifə öhdəlikləri: Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək; Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq; Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək; Anbardan mal çıxışına nəzarət etmək; Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işlərin electron qayda da proqram üzərindən təmin edilməsi; Malların yüklənilməsi/boşaldılması; Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək. Namizədə aid tələblər: Təhsil: Ali təhsil; İş təcrübəsi: 1 ildən 3 ilə qədər; Yaş: 25- 40; Cins: Kişi; MS Office və 1C proqram bilikləri; Komandada işləmək bacarığı; Ciddi, məsuliyyətli, punktual, diqqətli, fəal, ünsiyyətcil və çalışqan. Yuxarıda qeyd edilən kriteriyalara uyğun namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Anbardar” yazaraq göndərmələri xahiş olunur. Əks halda müraciətlərə baxılmayacaq.