Yüklənir...
Location: Bakı
RS Global şirkəti komandamıza qoşulacaq, insan resursları proseslərini idarə edə bilən, məsuliyyətli və ünsiyyət bacarıqları yüksək HR menecer axtarır. Namizədə dair tələblər Rus dilini yaxşı səviyyədə bilmək — mütləqdir; İngilis dili biliyi arzuolunandır; Ünsiyyət və müsahibə aparmaq bacarığı; Məsuliyyətli, intizamlı və təşəbbüskar olmaq; İşləri planlaşdırmaq və bir neçə prosesi koordinasiya etmək bacarığı; Komanda ilə işləmək və operativ qərar vermək bacarığı; İnsan resursları sahəsində bilik və ya təcrübə üstünlükdür. Əsas vəzifə öhdəlikləri İşə qəbul prosesini idarə etmək: vakansiyaları yerləşdirmək, CV-ləri nəzərdən keçirmək və namizədlərlə müsahibələr təşkil etmək; Yeni əməkdaşların işə uyğunlaşması (onboarding) prosesini koordinasiya etmək; Əməkdaşların şəxsi işləri və HR sənədləşməsinin düzgün aparılmasına nəzarət etmək; Məzuniyyət, davamiyyət və iş qrafikləri ilə bağlı prosesləri izləmək; Əməkdaşlarla bağlı gündəlik müraciət və məsələləri idarə etmək; Rəhbərliklə əməkdaşlıq edərək HR proseslərini təkmilləşdirmək və verilən tapşırıqları vaxtında icra etmək. Təklif edirik 1000 AZN əməkhaqqı; Peşəkar və işgüzar mühit; İş bacarıqlarına uyğun inkişaf imkanı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlavə məlumat üçün +994 99 888 60 61 nömrəsi ilə əlaqə saxlayın. RS Global — Birlikdə daha böyük hədəflərə.