Yüklənir...
Location: Bakı
Əsas tələblər: Ali təhsil Müştəri xidmətləri üzrə azı 3 il iş təcrübəsi Vəzifə öhdəlikləri: Daxili prosedura, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən əlaqə mərkəzi vasitəsilə xidmət göstərmək; Şirkətin biznes istiqamətləri üzrə təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatlı olmaq; Sorğu nəticələrinin düzgün şəkildə müvafiq proqramlarda qeydə alınması; Əlaqə mərkəzi əməkdaşlarının dəyərləndirilməsi; Müştərilərlə zəng vasitəsilə əlaqə saxlayaraq xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə mövcud ssenari çərçivəsində sorğu aparmaq; Şikayətlərin gündəlik daha detallı şəkildə təhlil olunması və müvafiq fayla əlavə edilməsi; Müraciətləri əsaslı və əsassız olmaqla ayrılaraq ilkin qiymətləndirilməsi; Müştərilərin şikayətlərinin vaciblik dərəcəsindən aslı olaraq komanda üzvlərinə, eləcə də müvafiq Bizneslərin aidiyyəti departamentlərindəki məsul şəxslərə vaxtında yönləndirilməsi. Şikayət bağlananadək izlənilməsi. Bilməlidir: Keyfiyyət və audit bilikləri Keyfiyyət idarəetməsi baza prinsiplərini Uyğunsuzluqların aşkarlanması metodlarını Uyğunsuzluqların aşkarlanması, səbəb-təsir analizi və onların aradan qaldırılması metodlarını Hüquqi və normativ əsaslar İstehlakçı hüquqları, müştəri məmnuniyyəti və xidmət keyfiyyətinə dair yerli qanunvericilik barədə əsas biliklər Hesabat bacarıqları MS Office proqramlarını (xüsusilə Excel və Word) sərbəst istifadə etməyi Hesabatların hazırlanması və təqdim edilməsində tələb olunan standart yazışma üslubunu Analitik və müşahidə bacarıqları Təhlil aparmaq, detallara diqqət yetirmək və nəticələri düzgün qiymətləndirmək Müşahidələr əsasında əsaslı və faktlara söykənən qərar vermək Müştəri məmnuniyyəti və xidmət keyfiyyəti Müştəri məmnuniyyətinin ölçülməsi metodlarını Müştəri şikayətlərinin idarə olunması və həlli proseslərini Müştəri xidmətində etik davranış və ünsiyyət normalarını CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “ Keyfiyyət auditi üzrə mütəxəssis” qeyd edərək müraciət edə bilərsiniz.