Mühasib - TOKAZ MMC

Location: Bakı

Tələblər: Ali təhsil; Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;   Səlis və aydın nitq, düzgün diksiya; Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları); Azərbaycan dili və Rus dili biliyi əsas üstülükdür; 1C və ofis proqramlarından istifadə bacarığı; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək; Debitor və kreditorlarla hesablaşmalarda əməliyyatların vaxtında və düzgün aparmaq; Şirkətə daxil olan mal-materialın giriş-çıxış hərəkəti ilə bağlı əməliyyatları yoxlamaq, və müvafiq proqrama daxil etmək; Bank və kassa əməliyyatlarına nəzarət; Debitor və kreditor borclarının izlənilməsi; Sənədləşmə işini aparmaq, müvafiq qaydada cari əməliyyatların, hesabatların və sənədlərin tərtibini həyata keçirmək; İşçi heyətinin əmək haqqı tabellərinin hazırlamaq; 1C proqramında mühasibat əməliyyatlarının aparılması və məlumatların işlənilməsi; Mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi və arxivləşdirilməsi. Rəhbərlik tərəfindən verilən tapşırıqların düzgün və vaxtında yerinə yetirmək. İş şəraiti: 5 günlük iş qrafiki , 09:00 - 18:00 Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.