Kassir - Uniyar MMC

Location: Bakı

Vəzifə öhdəlikləri Müştərilərdən nağd pul, bank kartı və digər ödəniş vasitələri ilə ödənişləri qəbul etmək. Satış və digər əməliyyatları kassa aparatında və ya müvafiq proqram təminatında qeydiyyata almaq. Hər bir əməliyyat üzrə müvafiq qəbz və ya ödənişi təsdiq edən sənəd təqdim etmək. Qəbul edilən pulun həqiqiliyini, məbləğini və düzgünlüyünü yoxlamaq. İş növbəsinin əvvəlində və sonunda kassadakı pul vəsaitlərini saymaq və uçot məlumatları ilə üzləşdirmək. Gündəlik satış, daxilolma və digər kassa əməliyyatları üzrə hesabatlar tərtib etmək. Növbənin sonunda kassadakı vəsaitləri və müvafiq sənədləri müəyyən edilmiş qaydada məsul şəxsə təhvil vermək. Səlahiyyətləri daxilində pul vəsaitlərinin daxilolma və ödənilmə əməliyyatlarını həyata keçirmək. Müştərilərlə nəzakətli ünsiyyət qurmaq, ödənişlərlə bağlı sualları cavablandırmaq. Pul vəsaitlərinin saxlanması və kassa əməliyyatları üzrə müəyyən edilmiş qaydalara əməl etmək. Maliyyə məlumatlarının məxfiliyini qorumaq və kassa vəsaitlərinin təhlükəsizliyini təmin etmək. Pul çatışmazlığı, artıq məbləğ, texniki nasazlıq və digər uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək. Kassa avadanlıqlarının, sənədlərin və iş yerinin səliqəli saxlanılmasını təmin etmək. Məssisənin əmək intizamı, daxili nizam-intizam və əməyin mühafizəsi qaydalarına riayət etmək. İş şəraiti İş yeri: “UNIYAR” MMC, Əhmədbəy Ağaoğlu 61, ADA Universiteti İş qrafiki: 08:00-17:00; 09:00-18:00;  Əmək haqqı: 500 AZN Tələblər: Kassir kimi minimum 1 il iş təcrübəsi Dəqiq, məsuliyyətli və etibarlı olmaq Komandada işləmə bacarığı Biz təklif edirik:   Rəsmi əmək müqaviləsi Nahar şirkət tərəfindən qarşılanır Peşəkar və mehriban kollektiv Növbəli iş rejimi və istirahət günləri Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini  M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .