Location: Bakı
"Vision Academy” tərəfindən təşkil olunan 2 ay davam edən HR (İnsan Resursları) Peşə Hazırlığı Proqramına qeydiyyat davam edir. Kimlər müraciət edə bilər? Hal-hazırda tələbə olmayan və işsiz şəxslər. Yaş həddi: 21-30. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər. Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər. Ali təhsilli və İnsan resursları sahəsində karyera qurmaq istəyənlər. HR sahəsində ilk addımlarını atmaq istəyənlər. Aktiv və məsuliyyətli gənclər. 2) Peşə Hazırlığı Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik: Əmək Münasibətlərinin İdarə Edilməsi və Əmək Qanunvericiliyi: Əmək müqavilələrinin hazırlanması və idarə olunması; İşçi və işəgötürənin hüquq və vəzifələri; İş vaxtı, məzuniyyətlər və əmək haqqının tənzimlənməsi; ƏMAS platformasında əməliyyatların aparılması; Əmək qanunvericiliyinin praktiki tətbiqi; İşə Qəbul və Namizəd Seçimi (Recruitment & Selection) : Vakansiya ehtiyaclarının müəyyənləşdirilməsi; Vakansiya elanlarının hazırlanması və yerləşdirilməsi; CV-lərin təhlili və ilkin seçim mərhələsi; Müsahibə növləri və Müsahibələrin planlaşdırılması və aparılması qaydaları. Namizədlərin qiymətləndirilməsi və seçim metodları ; İş təklifinin hazırlanması və işə qəbul prosesinin idarə olunması; HR İnformasiya Sistemləri və Rəqəmsal Həllər : HRM və ATS sistemləri ilə işləmə prinsipləri; İnsan resursları proseslərinin rəqəmsallaşdırılması; Elektron sənəd dövriyyəsinin idarə olunması; HR analitikası və hesabatların hazırlanması; Performans İdarəetməsi və İşçi Motivasiyası : KPI, OKR və digər performans göstəriciləri; Performansın qiymətləndirilməsi metodları; İşçi motivasiyası və bağlılığının artırılması üsulları; Mükafatlandırma və tanınma proqramları; Təlim, İnkişaf və Karyera İdarəetməsi: Təlim ehtiyaclarının müəyyənləşdirilməsi; Təlim və inkişaf proqramlarının hazırlanması. Karyera planlaşdırılması və inkişaf yolları ; İstedadların idarə olunması (Talent Management); İşçi saxlama və davamlı inkişaf strategiyaları. Bu Proqram Sizə Nələri Qazandıracaq? Peşə Hazırlığı proqramı tam ödənişsizdir. Peşə Hazırlığı proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək. Peşə Hazırlığı proqramı 2 ay davam edəcək. Peşə Hazırlığı proqramı hər gün 4 saat və həftədə 5 dəfə olacaq, ümumilikdə isə 176 saat olacaq. 2 aylıq Peşə Hazırlığı proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq. Praktiki Yanaşma – HR sahəsinin əsas prosesləri (işə qəbul, sənədləşmə, performans qiymətləndirmə və s.) real nümunələr üzərindən öyrədilir. Fərdi Yanaşma – Hər bir iştirakçının inkişaf ehtiyacına uyğun mentor dəstəyi təmin olunur. Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək. Şəbəkələşmə İmkanı – HR sahəsində çalışan mütəxəssislərlə tanışlıq və peşəkar əlaqələrin qurulması üçün platforma. Sertifikat – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək. Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman. Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: https://forms.gle/LtwcgGWRyvSm8LGu9 Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A . Veb sayt: www.visionacademy.az Əlaqə nömrəsi: 010 7253232 Sosial Media Hesablar: https://instagram.com/vision.karyera https://instagram.com/visionacademyaz