Proseslərin idarəedilməsi üzrə təcrübəçi - Yapı Kredi Bank Azərbaycan

Location: Bakı

Tələblər: İqtisadiyyat, biznesin idarəedilməsi və İT sahəsi üzrə ali təhsil (yeni bakalavr/magistr məzunları və ya magistrant); Azərbaycan dilində səlis yazı və danışıq, ingilis, türk, rus dili biliklərinə üstünlük verilir; Ofis proqramlarında işləmək bacarığı (xüsusilə Word, Excel və PowerPoint); Bank prosesləri və bank qanunvericiliyi barədə ümumi məlumatlı olmaq; Yeni alətləri və metodologiyaları sürətlə mənimsəmək istəyi; Məlumatı toplamaq və təhlil etmək bacarığı / Analitik düşüncə / Təqdimetmə bacarığı / Komanda ilə işləyə bilmək, effektiv ünsiyyət qurmaq bacarığı. Cavabdehlik: Bankın iş axışlarının/proseslərinin sənədləşdirilməsi; Bank proseslərinin yerli qanuvericiliyin tələbləri və struktur bölmələrin təklifləri əsasında yazılması; Prosedur Sənədlərin bankın aidiyyəti strukturları ilə razılaşdırılması və təsdiqə yönləndirilməsi; İT qrupları ilə birlikdə kiçik istək/orta ölçülü layihə/ böyük ölçülü layihə sinifləşdirməsini həyata keçirmək; Qanunvericiliyə riayət üzrə proses dəyişikliklərində təşəbbüslə çıxış etmək, dəyişikliyin banka təsir təhlilini bankın strukturlarının dəstəyini alaraq aparmaq və texniki dəyişikliklər üçün IT ilə koordinasiyalı planlaşdırma işlərini həyata keçirmək; Orta və böyük ölçülü sistem tələblərini “business hub” prinsipinə uyğun yaratmaq (ətraflı proses təhlili, biznes qərarları, digər layihə və proseslərlə qarşılıqlı əlaqələr, müştəri və satış/əməliyyata olan təsirlərini təhlil etmək); Məsul olduğu prosedur sənədləri üçün, “business impact” - in və “business case” - in yaradılaraq, layihələrin təsir etdiyi struktur bölmələrin digər tələblərini gözdən keçirmək və bir-biri ilə olan əlaqələrini və ziddiyyətlərini müəyyənləşdirmək; Bank sistemləri üzrə istifadəçilər (user-lər) yaratmaq, user-lərə müvafiq səlahiyyətlər vermək, dəyişdirmək və ləğv etmək. Maraqlanan namizədlər öz CV-lərini  Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.