Location: Bakı
Gəncə şəhərində Servis mərkəzinə növbə rəisi axtarılır. Vəzifə öhdəlikləri: Növbəli iş proseslərinin təşkil edilməsi və işin planlaşdırılması . İşçi heyətinin idarə olunması : növbə ərzində əməkdaşların vəzifə bölgüsünü təmin etmək, onların fəaliyyətinə nəzarət etmək. Əməliyyatların və xidmətin səmərəli icrası : avtobusların texniki baxış, təmir, təmizlik və digər xidmətlərə düzgün istiqamət verilməsi. Nəqliyyat vasitələrinin təhlükəsizliyinə nəzarət etmək , texniki xidmətin yüksək keyfiyyətini təmin etmək. Təhlükəsizlik və sanitariya qaydalarına riayət olunmasını təmin etmək. Əməkdaşların iş yerində motivasiyasını təmin etmək və işçi davranışlarını izləmək . İşin vaxtında yerinə yetirilməsi və iş proseslərinin izlənməsi . Müştəri şikayətləri və təkliflərinin qəbul edilməsi və onların həlli istiqamətində fəaliyyət göstərmək. Tələb olunan bacarıqlar və təcrübə: Növbə rəhbəri və ya analoji vəzifədə təcrübə. Əməliyyatların təşkili və idarə edilməsi bacarığı. Yüksək təşkilatçılıq və liderlik bacarıqları . Komanda ilə işləmə və münaqişələrin həlli bacarığı. İş şəraiti: Növbəli iş qrafiki . Əmək qanunvericiliyinə uyğun münasibətlərin rəsmiləşdirilməsi. Əmək haqqı müsahibə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcək. Vakansiya ilə bağlı müraciət üçün əlavə CV formasını e-mail vasitəsilə mövzu yerinə “ Növbə Rəisi ” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.