Location: Bakı
Vəzifə öhdəlikləri: Şirkətin struktur bölmələrinin fəaliyyətinin təftişini həyata keçirmək və nəticələri qüvvədə olan daxili sənədləşmələrə əsasən rəsmiləşdirmək; Obyektlərdə olunan təftiş nəticələrinə əsasən Satış təmsilçilərinin debitor borclarının müqayisəsini aparmaq; İşdən çıxan əməkdaşlara təhkim olunmuş inventarları təhvil-qəbul aktı əsasında təhvil almaq və rəsmiləşdirmək; Audit şöbəsinin əməkdaşlarının vaxtaşırı qiymətləndirilməsi, iş prinsiplərinə nəzarət edilməsi; Rəhbərliyin göstərişinə əsasən xüsusi obyektlərdə və sahələrdə növbədənkənar təftişlər keçirmək və nəticələri rəsmiləşdirmək; Təsdiq olunmuş plana müvafiq olaraq müəssisə bölmələrində bütünlüklə yoxlama və təftişlər aparmaq; Müəssisənin əsas vəsaitlərinin bütövlüyünü və səmərəli istifadəsini yoxlamaq; Müəssisənin daxili ehtiyatlarını aşkara çıxarmaq və onların səmərəli istifadə olunması yollarını müəyyənləşdirmək; Namizədə tələblər: Ali təhsil (Hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə); Müvafiq sahə üzrə ən azı 5 il iş stajı; Yaş həddi: 35-50 Microsoft Office, 1C 8.3v proqramından sərbəst istifadə bacarığı; Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları; Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti (rus və ingilis dilləri arzuolunandır). Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilikləri üzrə biliklər; İş şəraiti: İş qrafiki: 1-6 günlər Əmək haqqı: 3000 Azn İş yeri: Bakı şəhəri, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, döngə 9/21D Nahar və korporativ nömrə şirkət tərəfindən təmin olunur. Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Audit şöbə müdiri” yazmaqla müraciət edilir. Əlaqə 0559003207