Yüklənir...
Location: Bakı
Vəzifə və funksional öhdəliklər: Mexanika, elektrik və santexnik sistemlər üzrə həcmlərin layihə çertyojları əsasında dəqiq çıxarılması Tikinti və quraşdırma işləri üzrə smetaların hazırlanması və təhlili Hazırlanmış smetaların müvafiq normativlər (o cümlədən FHN) ilə müqayisəsi Uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin verilməsi Subpodratçıların təqdim etdiyi həcmlərin və görülmüş işlərin yoxlanılması Həcm cədvəllərinin düzgünlüyünün təmin edilməsi və mütəmadi yenilənməsi Layihə dəyişikliklərinə uyğun olaraq həcmlərin və smetaların korrektə edilməsi Texniki sənədlərin və hesabatların hazırlanması və təqdim olunması Layihə komandası ilə sıx əməkdaşlıq edərək iş prosesinin optimallaşdırılması Namizədə dair tələblər (Kvalifikasiya və səriştələr): Müvafiq sahə üzrə ali təhsil (inşaat, mexanika, energetika və ya əlaqəli sahə) Minimum 3 il MEP sahəsində iş təcrübəsi AutoCAD, Excel və digər mühəndis proqramlarında sərbəst işləmək bacarığı Tikinti və mühəndis sistemləri üzrə güclü praktiki bilik Smeta və həcmlərin hesablanması üzrə təcrübə Analitik düşünmə və detallara diqqət Komandada işləmək və effektiv kommunikasiya bacarığı Məsuliyyətli, dəqiq və nəticəyönümlü olmaq İş şəraiti: İş yeri: Bakı şəhəri, Nəsimi r., İş qrafiki: 6 günlük iş həftəsi; Əmək haqqı: namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Jooble.az - Həcm üzrə mühəndis ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. e-mail: hr@capitalconstruction.az