B2B Satış Meneceri - CarBuy

Location: Bakı

Salary: 1000

CarBuy  – avtomobil sektorunda salonlar, dilerlər və alıcıları bir araya gətirən innovativ B2B platformadır. Biz avtomobil satış prosesini rəqəmsallaşdırır, şəffaf və sürətli alqı-satqı ekosistemi yaradırıq. Hazırda komanda olaraq  böyümə mərhələsindəyik  və satış sahəsində enerjili, analitik və nəticəyə fokuslanan bir  Satış Meneceri  axtarırıq. Vəzifə öhdəlikləri: CarBuy platformasının üstünlüklərini avtosalonlara, dilerlərə və fərdi satıcılara təqdim etmək Yeni müştərilərin (B2B partnyorların) cəlb olunması və aktiv əlaqələrin qurulması Mövcud müştəri bazasının idarə olunması, müqavilələrin bağlanması və satış prosesinin tam izlənməsi Aylıq və rüblük satış hədəflərinin yerinə yetirilməsi Müştəri rəylərinin toplanması və məhsul komandasına geribildirim verilməsi Tələblər: Şəxsi avtomobilin olması mütləqdir Satış sahəsində minimum  2 il  təcrübə (avtomobil sektoru və ya B2B satış sahəsində olması üstünlükdür) Güclü kommunikasiya və inandırma bacarığı Aktivlik, təşəbbüskarlıq və nəticəyə fokuslanma Rəqəmlərlə işləmə bacarığı və CRM sistemləri ilə tanışlıq Avtomobil bazarı haqqında anlayış (üstünlükdür) Biz nə təklif edirik: Rəqəmsal transformasiya mərhələsində olan güclü layihədə iştirak imkanı Dinamik, açıq və gənc komanda Peşəkar inkişaf və real karyera yüksəlişi imkanı İş şəraiti: Əməkhaqqı : 1000 AZN + satışdan bonus İş qrafiki : Həftə içi 5 gün, saat 10:00 – 19:00 İş yeri : Ağ şəhərdə yerləşən ofis Zəhmət olmasa,  CV-nizi , mövzu sətrində   vəzifənin adını  (Satış Meneceri) qeyd edərək   Müraciət et   düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Qeyd:  Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.