Location: Bakı
Avtomobil sahəsinə və kreativ videoların hazırlanmasına marağın varsa, komandamıza qoşul! İş yeri: Carbuy İş qrafiki: 6 günlük Vəzifə öhdəlikləri: Avtosalonda avtomobillərin foto və video çəkilişlərini həyata keçirmək; Instagram Reels, TikTok və digər sosial şəbəkələr üçün kreativ, dinamik və trendlərə uyğun videolar hazırlamaq; Çəkiliş prosesini planlaşdırmaq, təşkil etmək və həyata keçirmək; Videoların montajını etmək, səs, musiqi, mətn və vizual effektlər əlavə etmək; Sosial media və video kontent sahəsindəki yenilikləri izləmək; Brend üçün maraqlı və kreativ kontent ideyaları təklif etmək; Marketinq kampaniyaları üçün video kontentin hazırlanmasına dəstək göstərmək; Tapşırıqları müəyyən edilmiş qrafikə uyğun və vaxtında təhvil vermək. Namizədə tələblər: Reels, TikTok və qısa video kontentinin hazırlanması üzrə təcrübə; Adobe Premiere Pro, After Effects və ya digər video montaj proqramlarında işləmək bacarığı; Kreativ düşüncə və müasir trendləri izləmək bacarığı; Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı; Avtomobil mövzusunda kontent hazırlamağa maraq; Portfolio təqdim edilməsi arzuolunandır. Biz nə təklif edirik? Rəqabətədavamlı əməkhaqqı; Kreativ və gənc komanda ilə işləmək imkanı; Portfolio yaratmaq və genişləndirmək üçün real brend layihələri; Peşəkar və karyera inkişafı perspektivləri; Dinamik və yaradıcı iş mühiti. Müraciət etmək üçün CV və portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanı vasitəsilə göndərin. Mövzu hissəsində “Videoqraf / Video montajçı” qeyd etməyiniz xahiş olunur.