Satış üzrə mütəxəssis — Premium İtalyan mebeli - Casa D’Arte Team

Location: Bakı

Premium İtalyan mebel və interyer həllərinin təqdim olunduğu   Casa D’Arte showroomuna satış sahəsində təcrübəli əməkdaş tələb olunur. Vəzifə öhdəlikləri: Showrooma müraciət edən müştərilərin qarşılanması və ehtiyaclarının müəyyənləşdirilməsi; İtalyan mebel brendləri, kolleksiyalar, materiallar və məhsul xüsusiyyətləri haqqında ətraflı məlumat verilməsi; Müştərinin interyerinə, zövqünə və büdcəsinə uyğun məhsulların təqdim edilməsi; Müştərilərə məhsul seçimi zamanı peşəkar konsultasiyanın göstərilməsi; Satış prosesinin ilkin müraciətdən sifarişin rəsmiləşdirilməsinə qədər idarə olunması; Kommersiya təkliflərinin hazırlanması və müştərilərlə davamlı əlaqənin saxlanılması; Mövcud və potensial müştərilərlə uzunmüddətli münasibətlərin qurulması; Satış hədəflərinin yerinə yetirilməsi; CRM sistemində müştəri məlumatlarının, satış mərhələlərinin və follow-up prosesinin düzgün idarə olunması; Satış nəticələri və müştəri müraciətləri üzrə mütəmadi hesabatların təqdim edilməsi; Məhsullar, qiymətlər, sifarişlər və müştəri məlumatlarının sistemdə düzgün qeyd olunması; Dizaynerlər, memarlar və korporativ tərəfdaşlarla əməkdaşlığın inkişaf etdirilməsi. Namizədə tələblər: İtalyan mebel, premium mebel və ya interyer məhsullarının satışı sahəsində 3–5 il iş təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst və peşəkar ünsiyyət bacarığı; İngilis dili biliyi üstünlükdür; Güclü ünsiyyət, təqdimat və satış bacarıqları; Yüksək seqment müştərilərlə etik, nəzakətli və fərdi xidmət standartlarına uyğun ünsiyyət qurmaq bacarığı; Mebel materialları, ölçülər, funksionallıq, interyer üslubları və məhsulların məkana uyğunlaşdırılması barədə biliklər; Müştərinin ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun satış həlləri təqdim etmək bacarığı; Korporativ təqdimat standartlarına və peşəkar iş etikasına uyğunluq; Məsuliyyətli, səliqəli və nəticəyönümlü olmaq; Komandada işləmək və yüksək müştəri məmnuniyyətini qorumaq bacarığı. Biz təklif edirik: Beynəlxalq İtalyan mebel brendləri və yüksək seqmentli layihələrlə işləmək imkanı; Peşəkar və korporativ iş mühiti; Brendlərin məhsulları, materialları və satış standartları üzrə peşəkar təlimlər; Yüksək əməkhaqqı və satış nəticələrinə uyğun şəffaf bonus sistemi; Uzunmüddətli karyera və peşəkar inkişaf imkanı. İş şərtləri  İş yeri: Ağ Şəhər, Raffle Tower,   Casa D’Arte showroom İş qrafiki: 6 günlük iş həftəsi İş saatları: 10:30–19:00 İstirahət günü: Həftədə 1 gün  Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq  göndərə bilərlər. E-poçtun mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd olunması xahiş olunur.