Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer) - Caspel

Location: Bakı

Caspel Süni intellekt departamentinin komandasına Maşın öyrənməsi üzrə mühəndis axtarılır! Tələblər Kompüter elmləri, riyaziyyat, statistika, süni intellekt və ya əlaqəli sahə üzrə ali təhsil; Maşın öyrənməsi və ya data science sahəsində minimum 1 il iş təcrübəsi; Güclü riyazi baza — xətti cəbr, ehtimal nəzəriyyəsi, statistika və optimallaşdırma; Python və ML kitabxanaları (PyTorch, TensorFlow, scikit-learn) üzrə güclü biliklər; Klassik ML alqoritmləri (reqressiya, təsnifat, klasterləşdirmə, ansambl metodları — XGBoost, LightGBM) üzrə təcrübə; Dərin öyrənmə arxitekturaları (CNN, RNN, Transformer) üzrə biliklər; Məlumatların emalı və feature engineering üzrə təcrübə (Pandas, NumPy, Spark); Model qiymətləndirmə metrikaları, cross-validation və eksperiment dizaynı üzrə biliklər; MLOps alətləri (MLflow, DVC və s.), model versiyalanması və monitorinqi üzrə biliklər; Model serving texnologiyaları (ONNX, TorchServe, Triton və s.) üzrə biliklər; SQL və verilənlər bazaları ilə iş təcrübəsi; Docker, Linux, Git və bulud platformaları üzrə biliklər; Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi. Öhdəliklər Biznes məsələlərinə uyğun ML modellərinin layihələndirilməsi, öyrədilməsi və optimallaşdırılması; End-to-end ML pipeline-larının qurulması — məlumatın hazırlanmasından modelin production-a çıxarılmasınadək; NLP, Computer Vision və Speech sahələrində dərin öyrənmə modellərinin hazırlanması və tətbiqi; Model performansının qiymətləndirilməsi, hyperparameter tuning və modellərin təkmilləşdirilməsi; Modellərin production mühitində yerləşdirilməsi və inference proseslərinin optimallaşdırılması; Production-dakı modellərin monitorinqi, data drift-in aşkarlanması və modellərin yenidən öyrədilməsi; Data mühəndisləri ilə birgə keyfiyyətli dataset-lərin və feature-ların hazırlanması; Sahə üzrə elmi yeniliklərin izlənilməsi və müasir metodların layihələrdə tətbiqi; Eksperimentlərin sənədləşdirilməsi və nəticələrin komanda ilə bölüşülməsi; AI komandasının digər üzvləri ilə sıx əməkdaşlıq. Şəxsi keyfiyyətlər Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı; Məsuliyyətlilik və nəticəyönümlülük; Komandada işləmək və effektiv ünsiyyət bacarığı; Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik; Diqqətlilik və işə keyfiyyətli yanaşma; Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti. Əlavə məlumatlar Əmək haqqı: razılaşma yolu ilə; İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə. Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Maşın öyrənməsi üzrə mühəndis (ML Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.