Yüklənir...
Location: Bakı
Caspel Süni intellekt departamentinin komandasına Süni intellekt üzrə mühəndis axtarılır! Tələblər Kompüter elmləri, süni intellekt, proqram mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil; Süni intellekt və ya proqram təminatının hazırlanması sahəsində minimum 1 il iş təcrübəsi; Python proqramlaşdırma dili üzrə güclü biliklər; Böyük dil modelləri (LLM) ilə iş təcrübəsi — həm kommersiya (OpenAI, Anthropic, Google), həm də açıq mənbəli (Llama, Mistral, Qwen) modellər; RAG arxitekturalarının qurulması və vector verilənlər bazaları (FAISS, Qdrant, Milvus, pgvector) ilə iş təcrübəsi; AI agent framework-ləri (LangChain, LangGraph, LlamaIndex) üzrə təcrübə; LLM fine-tuning (LoRA/QLoRA) və prompt engineering üzrə biliklər; Computer Vision, STT və ya TTS texnologiyaları ilə iş təcrübəsi; REST API-lərin hazırlanması (FastAPI) və mikroservis arxitekturası üzrə biliklər; Docker, Kubernetes, Linux, Git və CI/CD üzrə biliklər; LLMOps/MLOps alətləri və model monitorinqi üzrə biliklər; Texniki sənədləri oxumaq səviyyəsində ingilis dili biliyi. Öhdəliklər LLM əsaslı məhsulların — chatbot, AI agent və RAG sistemlərinin arxitekturasının qurulması, hazırlanması və təkmilləşdirilməsi; LLM-lərin fine-tuning edilməsi, qiymətləndirilməsi (evaluation) və biznes tələblərinə uyğunlaşdırılması; Computer Vision və Speech AI (STT/TTS) həllərinin hazırlanması və mövcud sistemlərə inteqrasiyası; AI modellərinin API-lər vasitəsilə korporativ sistemlərə inteqrasiyasının həyata keçirilməsi; AI həllərinin production mühitinə çıxarılması, miqyaslandırılması və stabil işləməsinin təmin edilməsi; AI sistemlərində təhlükəsizlik mexanizmlərinin (guardrails) tətbiqi və keyfiyyətə nəzarət; Demo və POC (proof-of-concept) həllərinin hazırlanması (Streamlit, Gradio və s.); Sahə üzrə yeni model və metodologiyaların araşdırılması və layihələrdə tətbiqi; Məhsul və biznes komandaları ilə əməkdaşlıq və texniki sənədləşdirmənin aparılması; Komandanın gənc üzvlərinə və təcrübəçilərə mentorluq dəstəyinin göstərilməsi. Şəxsi keyfiyyətlər Analitik düşüncə və mürəkkəb problemləri həll etmə bacarığı; Məsuliyyətlilik və nəticəyönümlülük; Komandada işləmək və effektiv ünsiyyət bacarığı; Yeni texnologiyaları öyrənməyə açıqlıq və davamlı inkişafa meyillilik; Diqqətlilik və işə keyfiyyətli yanaşma; Tapşırıqları vaxtında və operativ icra etmə qabiliyyəti. Əlavə məlumatlar Əmək haqqı: razılaşma yolu ilə; İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00; Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə. Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-məktubun mövzu hissəsində “Süni intellekt üzrə mühəndis (AI Engineer)” sözlərini qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərsinlər.