Location: Bakı
Şirkətimiz Oil & Gas və tikinti sektorunda fəaliyyət göstərir və komandamıza qoşulacaq təcrübəli QA Mütəxəssisi axtarılır. Yalnız bu sahələrdə təcrübəsi olan namizədlərin müraciətləri nəzərə alınacaq. Qida sektoru üzrə müraciətlər uyğun hesab edilmir. Tələblər: ISO/IEC 17020, ISO/IEC 17025 və ISO 9001 standartları üzrə dərin nəzəri bilik və praktiki təcrübə; ISO 19011 standartına uyğun daxili və xarici auditlərin aparılması üzrə təcrübə; Akkreditasiya sənədləri və prosedurları üzrə bilik; Keyfiyyət idarəetmə sistemlərinin qurulması, tətbiqi və saxlanılması üzrə təcrübə; Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi ; QHSE (Keyfiyyət, Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) tələbləri üzrə biliklər. Bilik və bacarıqlar: Keyfiyyət idarəetmə və sənədləşmə bacarıqları; Daxili və xarici auditlərin aparılması bacarığı; Hesabatların hazırlanması və sənədlərin idarə olunması; MS Office proqramları ( Excel, Word, PowerPoint ) ilə işləmək; Analitik düşüncə və problemlərin həll edilməsi; Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı. Şəxsi keyfiyyətlər: Məsuliyyətli və təşəbbüskar; Detallara diqqət; Vaxtın effektiv idarə olunması. Ünvan: Badamdar şossesi 2 -ci massiv Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “QA mütəxəssisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər. Müraciət maili hr@ces.az