Filial müdiri (İsmayıllı) - Caspian Invest BOKT

Location: Bakı

BOKT “Caspian İnvest” MMC İsmayıllı filialına “ Filial müdiri ” vəzifəsi üzrə vakansiya elan edir.   Vəzifə öhdəlikləri:   Filialın gündəlik fəaliyyətini təşkil və idarə etmək;  Filialın satış planının və biznes hədəflərinin icrasını təmin etmək Kredit portfelinin keyfiyyətini qorumaq, gecikmiş kreditlərin idarə olunmasını təşkil etmək;  Filial əməkdaşlarının işini planlaşdırmaq, fəaliyyətini qiymətləndirmək və inkişafını dəstəkləmək;  Yeni müştərilərin cəlb edilməsi və mövcud müştəri bazasının inkişafı istiqamətində tədbirlər görmək;  Daxili prosedur və qaydalara, eləcə də qanunvericiliyin tələblərinə riayət olunmasını təmin etmək;  Filial üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;  Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirmək; Tələblər: Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisaslar üzrə);  MS Office proqramlarında işləmək bacarığı Bank və ya BOKT sektorunda minimum 3 il , rəhbər vəzifədə isə minimum 1 il iş təcrübəsi;  Kreditləşmə prinsipləri, maliyyə təhlili və risklərin idarə edilməsi üzrə biliklər;  Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və bank-maliyyə sektorunu tənzimləyən normativ sənədlər üzrə biliklər;  Analitik düşünmə, qərarvermə və problem həll etmə bacarığı;   İş şəraiti: İş rejimi: 6/1 Ünvan: İsmayıllı rayonu Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq. Biz təklif edirik: Rəqabətədavamlı əmək haqqı və bonus sistemi Peşəkar inkişaf və karyera yüksəlişi imkanı Rahat və dinamik iş mühiti Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki,  cv-ni “İsmayıllı filialına Filial müdiri” mövzu hissəsində qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsinlər.