İnzibati və Marketinq koordinatoru - ChickenPro MMC

Location: Bakı

Tələblər: Satış sahəsində minimum 2-3 il iş təcrübəsi, xüsusən komanda idarəçiliyi və bölgə, satış müdiri vəzifələrində təcrübə üstünlükdür; MS Office proqramlarında işləmək bacarığı; Zərurət yarandıqda regionlara ezamiyyətlərdə iştirak etmək; Güclü ünsiyyət, təqdimat qabiliyyəti; Nəticəyönümlü, məsuliyyətli və komanda ilə effektiv əməkdaşlıq bacarığı; Sürücülük vəsiqəsi (B və ya BC kateqoriyası). Vəzifə öhdəlikləri: Təyin olunmuş bölgədəki filiallara müntəzəm baxış keçirmək, planlı və audit yönümlü mağazaları ziyarət etmək;  Əməliyyat standartlarına (təmizlik, məhsul keyfiyyəti, xidmət və əməkdaş davranışı) riayət olunmasını yoxlamaq;  Mağaza səviyyəsində marketinq materiallarının (banner, broşür) yerləşdirilməsinə nəzarət etmək; Regional kompaniyaları (açılış, endirim aksiyaları) planlaşdırmaq və icra etmək; Yerli tərəfdaşlıq və sponsorluq imkanlarını araşdırmaq; Xidmət keyfiyyətini qiymətləndirmək və yerində problemləri həll etmək; İstifadə müddəti bitmiş və ya satış üçün yararsız məhsulların vaxtında dövriyyədən çıxarılmasına nəzarət etmək;  İşçilərin daxili əmək intizamına və etik davranış qaydalarına riayət etməsini izləmək;  Müştəri məmnuniyyətini qiymətləndirmək, aşkar olunan problemlərin operativ həllini təşkil etmək;  Filial rəhbərləri və əməkdaşlarla koordinasiyalı işləyərək əməliyyat dəstəyi göstərmək;  Mağazalara işçilərin işə qəbulu prosesinin təşkilində iştirak etmək;  Aşkar olunan pozuntular barədə akt və hesabatlar hazırlamaq, aradan qaldırılması üçün tədbirlər planı tərtib etmək və icrasına nəzarət etmək;  Həftəlik və aylıq fəaliyyət hesabatlarını rəhbərliyə təqdim etmək. İş rejimi: İş qrafiki: 6 günlük iş rejimi Əmək haqqı 1500 AZN (Gross) + bonus Təminatlar: Avtomobil şirkət tərəfindən təmin olunur. Korporativ nömrə şirkət tərəfindən təmin olunur. Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “İnzibati və Marketinq koordinatoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Əlavə suallar üçün 055-500-79-12  (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.