Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri : Çin dili ilə bağlı yazılı və şifahi tərcümələrin həyata keçirilməsi Çinli mütəxəssislər və tərəfdaşlarla keçirilən görüşlərdə ardıcıl tərcümənin təmin olunması, kommunikasiya prosesinin koordinasiyası; Texniki heyətin ehtiyacı olduqda təlimatlandırma və məlumatlandırma işlərində dil dəstəyinin göstərilməsi; Tərcümə edilən materialların məxfilik tələblərinə uyğun saxlanılması və sənəd dövriyyəsi qaydalarına riayət edilməsi. İş şəraiti : İş vaxtı: 6 gün (09:00-18:00) Tələblər : Ali təhsil (filologiya, tərcümə, beynəlxalq münasibətlər, mühəndislik və ya müvafiq sahə üzrə); Çin dili üzrə yüksək səviyyədə yazılı və şifahi tərcümə bacarığı. Texniki mətnlərlə işləmə bacarığı (istehsalat/texniki xidmət/tikinti/avadanlıq sənədləri üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir); Azərbaycan dili və Çin dili mükəmməl; rus və/və ya ingilis dili biliyi arzuolunandır; Diqqətlilik, məsuliyyət, operativlik və komandada işləmək bacarığı; İşgüzar ünsiyyət və etik davranış qaydalarına riayət etmə. Maraqlanan namizədlər CV-lərini 'Müraciət et' bölməsindəki elektron poçt ünvanına, mövzu hissəsində 'Jooble.az vakansiyalar – Tərcüməçi' qeyd etməklə göndərə bilərlər. email: aytaj.zeynalova@chiragplaza.az