SƏTƏM üzrə mütəxəssis - CMS Properties

Location: Bakı

Salary: 1800-2000

Vəzifə Öhdəlikləri: Risklərin Qiymətləndirilməsi: Liman ərazisindəki bütün iş prosesləri (yükləmə-boşaltma, kran əməliyyatları və s.) üzrə riskləri müəyyən etmək və effektiv nəzarət tədbirləri hazırlamaq. Təhlükəsizlik Təlimləri: İşçi heyəti və subpodratçılar üçün müntəzəm olaraq SƏTƏM qaydaları, ilkin yardım və fövqəladə hallar üzrə təlimlər təşkil etmək və keçirmək. Sahə Monitorinqi: Liman ərazisində gündəlik təhlükəsizlik baxışları keçirmək, qayda pozuntularını aşkar etmək və onların dərhal aradan qaldırılmasını təmin etmək. Ətraf Mühitin Mühafizəsi: Tullantıların idarə olunması, dəniz suyunun çirklənməsinin qarşısının alınması üzrə ekoloji standartlara nəzarət etmək. Sənədləşmə və Dəstək: Müəssisə daxili SƏTƏM prosedur və təlimatlarının hazırlanmasında aktiv iştirak etmək; iş icraçılarına və rəhbər işçilərə təhlükəsizlik məsələlərində metodiki köməklik göstərmək. Namizədə dair Tələblər: Təhsil: Ali təhsil (Texniki və ya Mühəndislik arzuolunandır). Dil bilikləri: Azərbaycan dili - sərbəst, İngilis dili- İntermediate (yazmaq/oxumaq).  Təcrübə: Gəmicilik və ya liman/terminal sahəsində SƏTƏM üzrə minimum 3 il iş təcrübəsi. Qanunvericilik: Azərbaycan Respublikasının Əmək Məcəlləsi və müvafiq SƏTƏM qanunvericiliyi (normativ-hüquqi aktlar) üzrə biliklər. Sertifikatlar: Müvafiq beynəlxalq (NEBOSH, IOSH) və yerli SƏTƏM sertifikatları. (arzuolunandır) Yazılı Ünsiyyət: SƏTƏM sənədlərini, hesabatları və təlimatları hazırlamaq bacarığı. Təşəbbüskarlıq və İnnovasiya: SƏTƏM sisteminin təkmilləşdirilməsi üçün yeni ideyalar irəli sürmək, iş proseslərini daha təhlükəsiz və səmərəli edəcək müasir həllər təklif etmək qabiliyyəti. İş Şəraiti: Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə Məkan: Liman ərazisi (Şıxov) İş vaxtı: 6 günlük, istirahət günü: bazar günü. Əmək haqqı: 1800-2000 AZN Net Nahar şirkət tərəfindən qarşılanır Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “SƏTƏM üzrə Mütəxəssis”  qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.