Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Sifarişlərin vaxtında və düzgün çatdırılmasına nəzarət etmək, gündəlik marşrutlara nəzarət və vaxtında çatdırılmasını təmin etmək üçün marşrut planlarını qurmaq; Sistemə daxil olan sifarişlərin ərazi üzrə səmərəli və düzgün, planlı şəkildə qruplaşdırmaq; Ərazi üzrə bölünən avtomobilləri gün ərzində nəzarətdə saxlamaq, çıxan problemlərdə sürücülərə dəstək vermək; Sifarişlərin təyinat nöqtələrinə çatmasını, sənədləşmənin düzgün aparılmasını gün ərzində izləmək və nəzarət etmək; Mütəmadi olaraq sürücülərlə təlimatlandırıcı görüşləri keçirmək, avtomobillərin düzgün istismarı barədə təlimatlandırmaq; Sürücü və sürücü köməkçisi heyətinin iş qrafikinə nəzarət etmək. Tələblər: Ali təhsil (Logistika, Nəqliyyat mühəndisliyi, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə); Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus dili və İngilis dili arzuolunandır; Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi; MS Excel proqramından istifadə bacarığı; Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı; Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı; Logistika və təchizat zənciri əməliyyatlarında praktiki təcrübə; İş şəraiti: İş yeri: Bakı şəhəri, Abşeron Ticarət Mərkəzi İş vaxtı: 6 günlük iş rejimi, iş saatı 09:00-18:00; Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Nəqliyyat üzrə kiçik mütəxəssis” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur.