Yüklənir...
Location: Bakı
Vəzifə öhdəlikləri: Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) qüvvədə olan qanunvericiliyə uyğun hazırlamaq və müəyyən edilmiş müddətlərdə təqdim etmək ƏDV, Əmlak, ÖMV, Mənfəət vergisi, vahid bəyannamələr və statistika hesabatlarını tərtib etmək və aidiyyəti qurumlara vaxtında göndərmək Müəssisənin aktiv və passivlərinin, debitor və kreditor borclarının, gəlir və xərclərinin, nağd vəsaitlərin və mal qalıqlarının uçotunu aparmaq Mal-material hərəkətinə və inventarizasiya prosesinə nəzarət etmək, kassa qalığını və ƏDV depozit hesabının vəziyyətini mütəmadi izləmək Əmək haqqı, ezamiyyə və son haqq-hesab ödənişlərinin düzgün hesablanmasını və mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək Müəssisədə aparılan bütün əməliyyatların Əmək, Vergi və digər normativ-hüquqi aktların tələblərinə uyğun icrasına nəzarət etmək Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və registrlərində düzgün əks etdirilməsini təmin etmək və rəhbərliyə operativ maliyyə məlumatları təqdim etmək Vergilərin hesablanması və ödənilməsi üçün tələb olunan sənədlərin, eləcə də alış, satış və vergi tutulmalarını təsdiq edən sənədlərin qanunvericiliyə uyğun saxlanılmasını təşkil etmək Vergi risklərini qiymətləndirmək və nəticələr barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək Rəhbərliyin xidməti fəaliyyətlə bağlı tapşırıqlarını vaxtında və dəqiq icra etmək Tələblər: Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində ali təhsil Müvafiq sahə üzrə minimum 5 il, Rəhbər vəzifədə 3 il iş təcrübəsi PMS (Peşəkar Mühasib Sertifikatı) və ya digər beynəlxalq mühasibat/maliyyə sertifikatlarının (ACCA, CIMA və s.) mövcudluğu üstünlükdür Beynəlxalq maliyyə hesabatları standartları (IFRS) üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yüksək səviyyədə bilmək 1C və digər mühasibat proqramları ilə işləmək bacarığı Analitik düşünmə, məsuliyyətlilik və yüksək idarəetmə bacarıqları İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə), saat 09:00 – 18:00 Maraqlanan şəxslər CV-lərini mövzu bölməsində “Baş mühasib” qeyd edərək Müraciət Et düyməsində göstərilən email ünvanına göndərə bilərlər. Müraciət maili humanrinfo2026@gmail.com