Əməliyyatlar üzrə baş menecer (Chief Operations Manager) - Company

Location: Bakı

İdman sahəsində fəaliyyət göstərən təşkilatlardan biri layihə əsaslı əməkdaşlıq üçün Əməliyyatlar üzrə baş meneceri axtarır. Bu vəzifə 10 avqust 2026-cı il tarixindən 31 dekabr 2026-cı il tarixinədək müddətli xarakter daşıyır.  Namizədə tələblər: Ali təhsil (Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə); Azərbaycan və ingilis dillərini sərbəst bilmək (rus dili arzuolunandır); Minimum 5 il idarəetmə və ya əməliyyatların idarə olunması sahəsində iş təcrübəsi (rəhbər vəzifədə təcrübə üstünlükdür);  Güclü liderlik və qərarvermə bacarığı; Analitik düşünmə və strateji planlaşdırma bacarığı; Yüksək səviyyədə təşkilatçılıq və koordinasiya bacarığı; Vaxtın və resursların effektiv idarə olunması bacarığı; Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Microsoft Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı; Əsas vəzifə öhdəlikləri: Təşkilatın gündəlik əməliyyat fəaliyyətinin koordinasiyasını və səmərəli təşkilini təmin etmək; Struktur bölmələrinin fəaliyyətini əlaqələndirmək və şöbələrarası əməkdaşlığı təşkil etmək; Rəhbərlik tərəfindən müəyyən edilmiş strateji məqsədlərin icrasını koordinasiya etmək və icra vəziyyətinə nəzarət etmək; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin etmək; Əməliyyat proseslərini təhlil etmək, təkmilləşdirmə imkanlarını müəyyən etmək və optimallaşdırma üzrə təkliflər hazırlamaq; Rəhbərlik üçün mütəmadi hesabatlar, təqdimatlar və analitik məlumatlar hazırlamaq; Prioritet məsələləri müəyyənləşdirmək və onların operativ həllini təmin etmək; İclasların təşkilini koordinasiya etmək, qəbul edilmiş qərarların icrasına nəzarət etmək; Təşkilatın daxili idarəetmə proseslərinin effektivliyini artırmaq üçün təşəbbüslər irəli sürmək; Zərurət yarandıqda CEO-nu görüşlərdə, tədbirlərdə və daxili əməliyyat məsələlərində təmsil etmək; CEO olmadıqda gündəlik əməliyyat fəaliyyətinə rəhbərlik etmək və qərarların icrasını təmin etmək; Rəhbərliklə struktur bölmələri arasında əsas əlaqələndirici şəxs kimi çıxış etmək; Xüsusi layihələrin idarə olunmasını və icrasını koordinasiya etmək; Riskləri müəyyən etmək və onların minimuma endirilməsi üçün tədbirlər hazırlamaq. Biz nə təklif edirik: Rəqabətqabiliyyətli əmək haqqı; Rəhbər vəzifədə inkişaf imkanı; Strateji qərarların qəbulunda iştirak; Dinamik və peşəkar iş mühiti; Layihənin nəticələrindən və əməkdaşın performansından asılı olaraq daimi ştata keçid imkanı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.