Yüklənir...
Location: Bakı
İş yeri: Bakı Məşğulluq növü: Yarım ştat (Part-time) Vəzifə öhdəlikləri Restoranlarda əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək; HSE yoxlamaları və təhlükəsizlik auditləri aparmaq; Risk qiymətləndirmələri hazırlamaq və nəzarət tədbirlərinin icrasını təmin etmək; Yanğın təhlükəsizliyi, təxliyə planları və fövqəladə hallara hazırlıq proseslərini təşkil etmək; Yeni əməkdaşlar üçün giriş HSE təlimləri, dövri təlimatlar və təhlükəsizlik brifinqləri keçirmək; İnsident, qəza halları üzrə araşdırma aparmaq, hesabatlar hazırlamaq və düzəldici tədbirlər həyata keçirmək; Fərdi mühafizə vasitələrinin (PPE) düzgün istifadəsinə nəzarət etmək; HSE sənədlərini, qeydiyyat jurnallarını və hesabatları hazırlamaq və yeniləmək; Dövlət qanunvericiliyinin və şirkətin HSE siyasətinin tələblərinə uyğunluğu təmin etmək; Filial rəhbərlərinə HSE məsələləri üzrə metodiki dəstək göstərmək. Tələblər Ali təhsil (Mühəndislik, Əməyin mühafizəsi və ya əlaqəli sahə); HSE/SƏTƏM sahəsində minimum 2 il iş təcrübəsi; Azərbaycan Respublikasının əməyin mühafizəsi üzrə qanunvericiliyini bilmək; Risk qiymətləndirilməsi, insident araşdırılması və audit prosesləri üzrə biliklər; MS Office proqramlarında işləmək bacarığı; Güclü ünsiyyət, təqdimat və hesabat hazırlamaq bacarığı; ISO 45001 və ISO 14001 standartları üzrə bilik və ya müvafiq sertifikatın olması üstünlükdür; İş qrafiki Həftədə 10-20 saat; İş günləri və saatları qarşılıqlı razılaşma əsasında müəyyən edilir; Filiallara planlı səfərlər nəzərdə tutulur. Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “ HSE (SƏTƏM) Mütəxəssisi ” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.